Son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin bir hissəsini də göllərin, su anbarlarının əsaslı təmir və yenidən qurulması istiqamətində görülən işlər təşkil edir. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilib, 8 milyon kubmetr su tutumu olan Uzunoba Su Anbarı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu, suvarma suyuna olan tələbatın ödənilməsinə əlverişli şərait yaratmaqla bərabər, balıq ehtiyatlarının zənginləşdirilməsinə də geniş imkanlar açıb.
Dünən Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən muxtar respublikamızda balıq ehtiyatlarının zənginləşdirilməsi məqsədilə İran İslam Respublikasından alınmış 4 növdə – çəki, amur, qalın və ala növləri olmaqla, ümumilikdə, 80 min ədəd vətəgə əhəmiyyətli balıq Uzunoba Su Anbarına buraxılıb.
Xəbərlər şöbəsi