22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı cari ilin ötən on ayı ərzində muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlbi, habelə onların cəmiyyətə inteqrasiyası istiqamətində bir sıra işlər görülüb. Ötən dövr ərzində məktəbəqədəryaşlı və məktəb yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazası yaradılıb, həmçinin hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilməyən uşaqlar üçün Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib.

Proqrama əsasən, məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yaranan çətinliklərin aradan qaldırılması və bu sahədə görülən işlərə nəzarət etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya fəaliyyətini davam etdirir.
Komissiya üzvləri ötən tədris ilində sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduğu məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrdə olmuş, uşaqların tədrisdə iştirakına, peşə maraqlarının aşkar edilməsinə, ümumtəhsil müəssisələrində psixoloqlar tərəfindən sağlamlıq imkanları məhdud uşaqlarla fərdi proqram əsasında həyata keçirilən tədbirlərin nəticələrinə dair monitorinqlər, həmçinin sağlamlıq imkanları məhdud uşaqların valideynləri, müəllimləri ilə maarifləndirici görüşlər keçiriblər.
Dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlər planında nəzərdə tutulan müvafiq tapşırıqların icrasına uyğun olaraq, noyabrın 28-də Şərur şəhər 2 nömrəli tam orta məktəbdə yeni tədris ilində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlar üçün tolerant mühitin yaradılması məqsədilə növbəti maarifləndirici tədbir keçirilib. Komissiya üzvlərinin, Şərur şəhər 1 və 2 nömrəli, həmçinin Zeyvə, Düdəngə və Cəlilkənd tam orta məktəblərində dərslərə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlərin və məktəb psixoloqlarının iştirak etdiyi tədbirdə təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların tədrisə davamiyyəti, məktəb psixoloqu tərəfindən hazırlanmış fərdi pro­qram əsasında həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr haqqında maarifləndirici söhbətlər aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Maarifləndirici tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR