Aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması üçün onlara sosial yardımların verilməsi, müntəzəm olaraq belə ailələrə baş çəkilməsi, sosial problemlərinin aradan qaldırılması üçün tədbirlər görülməsi dövlətimizin həmin ailələrə həssas yanaşmasının göstəricisi və böyük qayğı kimi dəyərləndirilir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Əbrəqunus kəndində yaşayan Məmmədovlar ailəsinə baş çəkilib. Ailənin yaşayış vəziyyəti ilə maraqlanılıb, ailə üzvləri tibbi müayinədən keçirilib, onlara məişət əşyası və ərzaq payı verilib.
Ailə üzvü Xəyalə Məmmədova dövlətimizin göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Xəbərlər şöbəsi