22 Dekabr 2024, Bazar

Uşaq hüquqlarının tam təmin edilməsi, onların problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Respublikamızın sürətli iqtisadi inkişafı sosial problemlərin həlli üçün etibarlı zəmin yaradır. Bu baxımdan son illərdə ölkəmizdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil almaları üçün lazımi şəraitin təmin edilməsinə yönəlmiş mühüm addımlar atılmaqdadır. 

Uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə 2009-cu ildə Azərbaycan Uşaqlarının I, 2011-ci ildə isə Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumunun keçirilməsi uşaqların hərtərəfli inkişafı, elmi-mədəni biliklərə yiyələnmələri, milli-mənəvi dəyərləri mənimsəmələri baxımından diqqətəlayiqdir. Forumlar ölkə üzrə bütün şəhər və rayonları təmsil edən uşaqların iştirakı ilə keçirilib. Ötən müddət ərzində forumlarda iştirak edən uşaqlar tərəfindən səsləndirilən bütün təkliflər hökumət tərəfindən hazırlanan müxtəlif pro­qramlarda öz əksini tapıb. Forum həm də əsas verir ki, hər bir uşaq onu düşündürən, narahat edən məsələləri dilə gətirsin, problemlərin birgə həlli yollarını araşdırsın. Məhz bu forumlar istedadlı uşaqların üzə çıxmasında mühüm rola malikdir. Həmçinin forum uşaqların ictimai fəallıqlarının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.

Bu il noyabr ayının 17-də Bakı şəhərində Azərbaycan Uşaqlarının III Forumu keçirilib. Foruma Azərbaycanın bütün şəhər və rayonlarından öz fəallığı və intellektual səviyyəsi ilə seçilən, fikirlərini sərbəst şəkildə ifadə edə bilən 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar nümayəndə qismində seçiliblər. Forum çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi də nümayiş olunub.
Qeyd edək ki, bu forumda muxtar respublikamızı şəhər və rayon məktəblərindən, Heydər Əliyev adına Hərbi Liseyin, Heydər Əliyev adına tam orta məktəbin və Qızlar Liseyinin hər birindən 1 uşaq olmaqla, ümumilikdə, 10 uşaq təmsil edib.
Dövlət Himnimizin oxunması ilə başlanan forumda ölkə Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına təbrik məktubu oxunub.
Forum çərçivəsində dövlət müəssisələrinin, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri çıxışlar edib, uşaqların suallarını cavablandırıblar.
Forum zamanı uşaqlar üçün aktual olan mövzular – “Vətəni sevək və ona layiq olaq”, “Uşaqlar üçün bərabər hüquq və imkanlar”, “Təhsildə yeni standartların tətbiqi”, “Uşaqlar və internet təhlükəsizliyi”, “Ətraf mühitin mühafizəsi. Sağlam həyat tərzi”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti”, “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzuları üzrə aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlərin iştirakı ilə qruplarda müzakirələr aparılıb. Muxtar respublikanı təmsil edən uşaqlar bu müzakirələrdə fəal iştirak edib, təkliflər səsləndiriblər.
Sonda forum iştirakçıları adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb. Həmçinin Azərbaycan uşaqları adından dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanat göndərilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət  Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR