22 Dekabr 2024, Bazar

Dövlətin böyük qayğısı və diqqəti nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunub. Hazırda qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. Ona görə də hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir.
Bu fikirlər dünən Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində tikintiyə dair ümumi tələblərlə, həmçinin enerji resurslarından səmərəli istifadə ilə bağlı maarifləndirici tədbirdə səsləndirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açıb.
Tədbirdə Naxçıvan şəhər prokurorunun müavini, I dərəcəli hüquqşünas Qalib İsmayılov “Enerji resurslarının talanması məsuliyyətə səbəb olur” mövzusunda məruzə ilə çıxış edərək qanunsuz istifadə halları ilə əlaqədar Cinayət Məcəlləsindəki maddələr barədə sakinlərə ətraflı məlumat verib.

Sonra Naxçıvan şəhər prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Elçin Ələkbərov “Tikintiyə dair ümumi tələblər” mövzusunda çıxış edib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu və 80-ci maddələrində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin tikintisinin aparılması qaydaları və tikintiyə başlamaq üçün məlumatlandırma icraatının qaydaları öz əksini tapıb. Qanunun ayrı-ayrı maddələri barədə sakinlərə ətraflı məlumat verən Elçin Ələkbərov vurğulayıb ki, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin tikintisinin aparılması üçün adıçəkilən Məcəllənin 80-ci maddəsində məlumatlandırma icraatının qaydası nəzərdə tutulub. Belə ki, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR