22 Dekabr 2024, Bazar

Hörmətli redaksiya.

Bu məktubu sizə Naxçıvan şəhərindən yazıram. Uzun illərdir ki, ailəmizlə Naxçıvan şəhərində yaşayırıq. Naxçıvan şəhərinin ildən-ilə, aydan-aya deyil, günbəgün gözəlləşməsi hər birimizi sevindirir. Şəhərimizə baxdıqca insanın könlü açılır. Yeni yaradılan bir-birindən gözəl binalar, yaşayış kompleksləri, küçə və parklar hər birimizin ürəyincədir.
Şəhərimizin təmizliyi, yolların rahatlığı isə bu gözəlliyi daha da artırır. Yaşadığımız Atatürk küçəsindəki 5 nömrəli yaşayış binası köhnə tikililərdən idi. Doğrudur, binada yaşamaq üçün zəruri ehtiyaclar – təbii qaz, elektrik enerjisi daimi olsa da, çətinliklərimiz az deyildi. Necə deyərlər, köhnə elə köhnədir. Həmişə şəhərimizdəki əksər yaşayış binalarının müasir formada yenilənməsini gördükcə çox sevinir, fikirləşirdik ki, nə zamansa bu müasirlikdən bizim binaya da pay düşəcək. Bu ilin əvvəllərində yaşadığımız binada əsaslı yenidənqurma işlərinə başlandı. Bina müasir tələblərə uyğun qurularaq bu yaxınlarda sakinlərin istifadəsinə verildi. İndi mənzillərimizin hər birinin sahəsi 30 kvadratmetr artırılıb, yaşayış üçün hərtərəfli şərait yaradılıb.
Binanın həyətində abadlıq işləri aparılıb, hər tərəfdə təmizlik və gözəllik hökm sürür. Bir daha qəzet vasitəsilə bu yaradılanlara görə dövlətimizə minnətdarlığımızı bildiririk.

Ramazan ABBASOV
Naxçıvan şəhər sakini

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR