22 Dekabr 2024, Bazar

Hər kəs sağlam və gənc qalmaq istər. Sağlam həyat tərzi dedikdə səmərəli qidalanma nəzərdə tutulur. Qidalanma orqanizmi nəinki enerji ilə təchiz etməyə kömək edir, həm də orqanizmdəki bütün mühüm funksiyaların fəaliyyətinə yardımçı olur. Bu mənada qidalanma bizim fiziki orqanlarımızın fəaliyyəti üçün vacibdir. Sağlam qidalanma bütün ömrümüz boyu həyatımıza təsir edər. Sağlam qidalanmanın əsas amillərindən biri də səhər yeməyidir. Belə bir məşhur məsəl var: axşam yeməyini düşmənə ver, naharı dostla bölüş, səhər yeməyini isə mütləq özün ye! Bu el məsəli səhər yeməyinin necə vacib olduğunu bir daha göstərir.

Beyinin normal fəaliyyəti üçün ən vacib qidalanma vaxtı hesab edilən səhər yeməyi hər kəsin qida rejimində mütləq olmalıdır. Bəzən bir çoxları səhər yeməyini vacib hesab etməyərək ona bir qədər etinasızlıqla yanaşırlar. Digərləri kökəlməkdən qorxduqlarına görə ondan imtina edirlər. Bəziləri isə, sadəcə, vaxtın yoxluğu, səhərlər iştahanın olma­ması kimi xeyli “üzrlü səbəb” gətirirlər ki, nəticədə, özlərini günün başlanğıcında olduqca vacib qidadan məhrum edirlər. Həkimlər və dietoloqlar belə bir qənaətə gəliblər ki, səhər yeməyindən heç bir halda imtina edilməməlidir.

Ardını oxu...

Gömrük orqanları tərəfindən daxili bazarın kənar təsirlərdən qorunması, yerli istehsalın stimullaşdırılması məqsədilə kütləvi yığım dövründə analoji kənd təsərrüfatı məhsullarının xaricdən gətirilməsi məhdudlaşdırılır. Yerli istehsalı daxili tələbatı ödəyən mallar ayrı-ayrı vətəndaşlar tərəfindən şəxsi istehlak normasından artıq həddə, o cümlədən satış məqsədilə gətirildiyi hallarda həmin məhsullar gömrük sərhəd-buraxılış məntəqələrində saxlanılır və barəsində müvafiq tədbirlər görülür. Gömrük anbarlarında müvəqqəti saxlanc müddəti bitmiş məhsulların yararsız hala düşməsinin qarşısını almaq, müxtəlif qapalı müəssisələrə, hərbi hissələrə diqqət və qayğı göstərmək məqsədilə belə mallar vaxtaşırı olaraq müxtəlif qurumlara təhvil verilir.

Bu tədbirlərin davamı olaraq, daxili bazarın qorunması məqsədilə gömrük sərhəd-buraxılış məntəqələrində saxlanılmış 900 kiloqram kartof, 110 kiloqram soğan və sarımsaq, 150 kiloqram kələm, 65 kiloqram pomidor və 75 kiloqram üzüm aktlaşdırılaraq Daxili Qoşunların “N” hərbi hissəsinə gətirilmiş, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə bu hərbi hissəyə təhvil verilmişdir.
Hərbi hissənin zabiti, baş leytenant Orxan Seyidov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq etmiş, bu cür tədbirlərin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını vurğulamışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, 2014-cü ilin ilk 9 ayı ərzində nazirlik və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 99 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür.

Ardını oxu...

Bu günlərdə Əməkdar elm xadimi, professor Oruc Həsənlinin və İstanbul Nişantaşı Universitetinin psixoloq-müəllimi, dosent doktor Davud İbrahimoğlunun müəllifi olduqları “İnsan psikolojisinin sihirli dünyası – kıskançlık” adlı kitabı türk dilində çapdan çıxmışdır.
Bir çox bədii və ya elmi yaradıcı­lıq məhsulları vardır ki, onlar təkcə yazıldığı bölgənin, yaxud dövlətin deyil, bütün bəşəriyyətin məhsuluna çevrilir. Hamı ondan faydalanır, bəhrələnir. Bu cür ədəbi və ya elmi əsər cəmiyyətin inkişafına, elmi dəyərlərin insan həyatının yaxşılaşmasına, iqtisadi və ya mənəvi inkişafına az da olmuş olsa, kömək edirsə, insanların həyatı dərk etməsinə istiqamət verirsə, o əsər təqdirəlayiqdir.
Atalar deyir ki, “İnsan köçəri quşdur”. Bəzi kitablar da belədir. Çap olunduğu mətbəədən başlanan yolu dünyanın müxtəlif ölkələrindən keçir. Və bu kitablar müəllifinin kimliyini, fikir və düşüncələrini ortaya qoyur.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyi və “Naxçıvan Muxtar Respublika Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın rayon və şəhərlərində rayon, şəhər Gənclər və İdman idarələri, Təhsil şöbələri və YAP rayon, şəhər təşkilatlarının gənclər birlikləri tərəfindən Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun birinci mərhələsi keçirilib. İntellektual oyunda iştirakçılara Azərbaycan tarixindən və ümumi dünyagörüşdən ibarət 50 sual təqdim edilib və suallar iştirakçılar tərəfindən fərdi şəkildə cavablandırılıb.
“Nuh yurdu” intellektual oyununun keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

 Ceyhun MƏMMƏDOV

Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

Uca Tanrıya məhəbbətin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etmişdir.
“Qurban” sözü lüğəti mənada “yaxınlaşmaq” dеməkdir. Yəni qurban kəsən hər bir kəs bu əməli ilə Allaha yaxınlaşır. Allah dərgahında kəsilən qurbanlar ruhi dəyərlərin paklanmasında, insanların xeyirxah əməllər ətrafında birləşməsində mühüm rol oynayır.
Qurban İslam aləmində ən dəyərli bayramlardan biridir. Qurban bayramı eyni zamanda müsəlmanların Həcc ziyarəti mərasiminin də bir hissəsidir.

Ardını oxu...

İnsanların sosial müdafiəsinin gücləndirilməsi muxtar respublikada dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. İqtisadiyyatda əldə olunmuş yüksək göstəricilər sosial sahənin inkişafına, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına stimul olur. Son illər muxtar respublikada aztəminatlı ailələrin sosial hüquqlarının təmin olunması, maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər daha intensiv xarakter alıb. Bununla yanaşı, ünvanlı sosial yardımların verilməsi aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasına böyük töhfələr verir. Bu yardımın təyinatı zamanı ünvanlılıq, şəffaflıq və ədalətlilik prinsiplərinə xüsusi diqqət yetirilir. Bundan əlavə, qeyd etmək lazımdır ki, mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkilir, belə ailələrin sosial problemlərinin aradan qaldırılması üçün lazımi tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri, B.Abbasov 100 ünvanında yaşayan aztəminatlı, II qrup əlil İlqar Əsgərovun ailəsinə baş çəkilib. Adıçəkilən təşkilatların əməkdaşları ailənin yaşayış vəziyyəti ilə maraqlanıb, ailə üzvlərini tibbi müayinədən keçirib, ailəyə məişət əşyası və ərzaq payı veriblər.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

 

Çoxşaxəli iqtisadiyyatın yaradılmasında müxtəlif istehsal və xidmət sahələri üzrə bacarıqlı peşə sahiblərinin hazırlanmasına və onların peşə yönünə görə işlə təmin olunmalarına göstərilən diqqət mühüm əhəmiyyət kəsb edir. Bu, elə bir məqamdır ki, bəzən əlləri qızıldan olan bir çilingərin işini əvəz edə biləcək bir usta sənətkarın yetişməsi uzun illər vaxt apara bilər. Ona görə də peşə-sənət yolunu tutmuş gənclərə vaxtında göstərilən dəstək, onların usta bacarıqları qazanmalarına yaradılan şərait gec-tez öz bəhrəsini verəcəkdir. Çünki inkişaf edən ölkənin iqtisadiyyatında hər peşə sahibinin öz yeri, onun əməyinin isə öz qiyməti vardır.

Ölkəmizin iqtisadi potensialının sürətlə artması və regionların inkişafı müasir texniki-peşə təhsili qarşısında da yeni tələblər qoyur. Naxçıvan Muxtar Respublikasında da hazırda əmək bazarında ixtisaslı kadrlara yaranan və gündən-günə artan tələbatı ödəmək qabiliyyəti olan yeni təhsil komplekslərinin yaradılması günün vacib məsələlərindəndir. Bu baxımdan işaxtaran vətəndaşların iqtisadi fəallığının yüksəldilməsi üçün onların peşə hazırlığının artırılması işində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 noyabr tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzi qarşısında mühüm vəzifələr durur. Mərkəz yarandığı gündən muxtar respublikada işaxtaran vətəndaşların, xüsusən gənclərin peşəyönümü istiqamətində formalaşması üçün onlara zəruri biliklərin verilməsini təmin etməkdədir. Mərkəzdə regionun əmək bazarında ciddi tələbat yaranan və unudulmaqda olan peşələr üzrə kurslar təşkil edilməklə bu sahədəki vəzifələrin həllinə ciddi diqqət yetirilir.

Ardını oxu...

Ailə həyatı – ailə təsərrüfatının və ailə büdcəsinin təşkili bütün dövrlərin və bütün cəmiyyətlərin aktual problemi hesab edilir. Ailənin psixoloji və sosial vəziyyəti qədər onun iqtisadi vəziyyəti də ailənin yaşayış səviyyəsinə təsir göstərən önəmli faktordur. Çünki maddi problemlərlə əlaqədar bir sıra məsələlər ailə daxilində sıxıntılara gətirib çıxarır.
Bu kimi maddi problemlərin qarşısını almaq üçün ailə büdcəsinin planlaşdırılması şərtdir. Ailə büdcəsi ailə üzvlərinin tələbatlarının ödənilməsinin əsas və başlıca mənbəyidir. Müəyyən müddət ərzində ailənin gəlirlərinin və xərclərinin məcmusu olan ailə büdcəsi dövlət, müəssisə büdcələrində olduğu kimi, gəlir və xərclərin fərqindən asılı olaraq, aktiv və ya müsbət büdcə, passiv və ya kəsirli mənfi büdcə kimi qiymətləndirilir. Eyni zamanda ailə büdcəsi gündəlik, həftəlik, aylıq və illik büdcə şəklində formalaşdırılır və istifadə olunur.
Ailənin gəlirlərinin və xərclərinin quruluşunun ailə büdcəsində əks olunması ailənin həyat səviyyəsi haqqında tədqiqat və araşdırma aparmağa imkan verir və əlverişli məlumat mənbəyi kimi çıxış edir.

Ardını oxu...

1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən silsilə tədbirlərin davamı olaraq, oktyabrın 1-də Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, muxtar respublikamızın bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi, xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən ahılların sosial müdafiəsinin davamlı güclənməsinə imkan yaradıb. Muxtar respublikamızda ahıllara müxtəlif sosial xidmətlər göstərilir, onların sağlamlığının qorunması, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxışında bildirib ki, Şahbuz rayonunda yaşayan ahılların güzəranının yaxşılaşdırılması, onların sağlam həyat tərzində yaşamalarının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ahıllar evində ahıl vətəndaşların fəal həyat tərzində yaşamaları və istirahətləri üçün hərtərəfli şərait yaradılıb, həmçinin onlara mütəmadi tibbi və sosial reabilitasiya xidməti göstərilir.
Sonda sakinlərə hədiyyələr təqdim olunub.

Ardını oxu...

sanki ağacları əlvan rənglərlə boyayan mahir bir rəssamdır: qırmızı, sarı, narıncı, bənövşəyi. Erkən payızda əlvan yarpaqlardan ibarət qeyri-adi “yağış yağır”. Təəssüf ki, bu gözəllik çox davam etmir: yarpaqlar tökülür, otlar saralır, güllər solur. Havalar günbəgün yağışlı, tutqun və soyuq olmağa başlayır.

Həşəratlar xəlvət yerlərdə gizlənir, köçəri quşlar qatar-qatar düzülüb cənuba – isti ölkələrə uçmağa hazırlaşırlar. Heyvanlar qışa hazırlaşır: yay xəzlərini qış xəzləri ilə əvəzləyir, qışı keçirmək üçün rahat yuva axtarırlar. Təbiət uzun qış yuxusuna hazırlaşır ki, baharda yenidən oyansın və canlansın.
Xalq təqvimi ilə ötən həftədən payız fəsli başlayıb, gecə-gündüz bərabərləşib. Şərq xalqlarının həyatında təbiət hadisələrinin özünəməxsus rolu olub ki, bunun nəticəsində də bir sıra ayin və mərasimlər yaranıb. Eləcə də Azərbaycanda təbiət hadisələri xalqın inanclarında özünəməxsus yer tutur. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, sentyabrın 22-dən payız fəsli başlayır. Nəzərə alsaq ki, yazın gəlişini – Novruzu 21 martdan hesablayırıq, onda yayın iyunun 22-dən, payızın sentyabrın 22-dən, qış fəslinin isə dekabrın 22-dən başladığını əminliklə söyləmək olar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər müəssisələrin metodist və tərbiyəçi-müəllimlərinin iştirakı ilə kurs təşkil edilib.
Tədbiri komitənin sədri Ramilə Seyidova açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də qarşısında bir sıra vəzifələr qoyub. Bu baxımdan komitə aidiyyəti təşkilatlarla birgə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması məqsədilə rübdə bir dəfə belə kurslar təşkil edir. Sözsüz ki, belə kursların təşkil olunması muxtar respublikada məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunmasına xidmət edir.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli çıxış edərək vurğulayıb ki, adıçəkilən dövlət proqramı muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər müəssisələr qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrin uğurlu icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbində və cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrində mühüm rol oynayacaq. Məktəbəqədər təhsil müəssisələrində çalışan metodist, tərbiyəçi-müəllimlər uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə sıx əlaqə saxlamalı, bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına daha çox səy göstərməlidirlər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara əyani vəsait­lər paylanılıb.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda yaşayan uzunömürlü insanların sosial problemlərinin həlli, onların həyat səviyyələrinin yüksəldilməsi, habelə yubiley yaşlarının, uzunömürlü ailələrin “gümüş“, “qızıl“ və “brilyant“ toylarının qeyd olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə sentyabrın 30-da muxtar respublikanın ən uzun­ömürlü, 116 yaşlı Şərur rayon sakini Hümbətova Qönçə Hüseynqulu qızı ilə görüşün keçirilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Qönçə Hümbətova 1 iyul 1898-ci ildə Vedi rayonunun Qədirli kəndində anadan olub. 1905-ci ildə ermənilərin Qədirli kəndini yandırmasından sonra anası ilə Naxçıvana gələrək burada məskunlaşıblar. Üç əsrə şahidlik edən Qönçə Hümbətovanın bir oğlu, 4 nəvəsi, 8 nəticəsi, 3 kötücəsi var.

Ardını oxu...

Muxtar respublikamızda ahıl vətəndaşların sağlam həyat tərzində yaşamaları, onların cəmiyyətdə fəal iştirakı üçün hərtərəfli şərait yaradılıb.
Tənha ahıllara göstərilən dövlət qayğısının bir nümunəsi olan Ahıllar evində sakinlərin rahat yaşamaları üçün hər cür şərait mövcuddur. Həmçinin ahılların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, 1 ok­tyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə sentyabrın 29-da Ahıllar evi sakinlərinin Naxçıvan şəhərinə gəzintisi təşkil edilib. Tədbir iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Naxçıvan Dövlət Xalça Muzeyində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində və Açıq Səma Altında Muzeydə olub, həmçinin Möminə xatın türbəsinə baxıblar.
Gəzinti iştirakçılarına tarixi abidələrimiz, muzeylərdə tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, gəzinti iştirakçıları üçün nəqliyyat vasitəsi ayrılıb, nahar və çay fasiləsi təşkil olunub.
Tədbir ahıllarda xoş ovqat yaradıb. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdar­lıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnaməyə uyğun olaraq, ahılların sosial problemlərini öyrənmək və ictimaiyyətin diqqətini onların həllinə yönəltmək üçün hər il oktyabrın 1-i dünyada “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur.

Dünyada mövcud olan müxtəlif xalqların, mədəniyyətlərin, sivilizasiyaların hər biri özünəməxsus adət-ənənələri ilə fərqlənir. Lakin dünyada bu müxtəlifliyi ortaq məxrəcə gətirən bir neçə prinsip də mövcuddur. Belə humanist prinsiplərdən biri ahıl və qoca insanlara hörmət və qayğıdır. Çünki ahıl insan hər bir ailənin möhkəmliyi, dayağıdır. Yaşlı insanların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir. Bu mənada cəmiyyət üçün ahıl insan əvəzolunmazdır. Buna görə də BMT-nin İnkişaf Proqramında ahıllar problemi hər zaman geniş yer almışdır. 2002-ci ildə İspaniyanın Madrid şəhərində ahıllar üzrə II Ümumdünya Məclisinin keçirilməsi də bunu təsdiq edir.

Ardını oxu...

Hər bir xalqın firavan gələcəyinin qurucuları uşaqlardır. Məhz buna görə də müasir dövrdə hər bir dövlətin qarşıya qoyduğu ali məqsəd yeni nəsli gələcəyə sağlam əqidə koordinatlarında bilikli, təhsilli hazırlamaqdır. Təcrübə göstərir ki, uşaqların hərtərəfli inkişafına xidmət edən siyasət yürüdən, mövcud potensialı bu yöndə səmərəli şəkildə səfərbər edən ölkələr milli tərəqqiyə nail olur və dünya arenasında özünə layiq yer tuturlar. Naxçıvan Muxtar Respublikası da öz gələcək inkişafını təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır, mövcud resurslarını yeni nəslin sağlam inkişafı müstəvisində qurur.

Uşaqların iqtisadi cəhətdən inkişaf etmiş bir regionda böyüdülməsi, həyati ehtiyaclarının lazımi qaydada ödənilməsi onların inkişafının vacib şərtidir. Əlbəttə, bunun üçün insanların maddi rifah halının yüksəldilməsi gərəkdir. Muxtar respublikada sosial, iqtisadi və kommunal infra­st­rukturun inkişafının təmin edilməsi, əhalinin mənzil təminatında irəliləyişə nail olunması, əmək bazarında səmərəli tənzimləmə mexanizminin yaradılması, məşğulluq probleminin aradan qaldırılması, kənd yerlərində yaşayan əhalinin kənd təsərrüfatını inkişaf etdirməsi üçün onlara lazımi maddi və texniki köməkliyin göstərilməsi əhalinin gəlirlərinin yüksəlməsi ilə nəticələnmişdir. Son 19 ildə muxtar respublika əhalisinin gəlirlərinə nəzər salsaq, dəfələrlə artım müşahidə etmiş olarıq. Təkcə cari ilin yanvar-avqust aylarında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 1 milyard 92 milyon 215 min manatdan çox olmuş, onun hər bir nəfərə düşən həcmi isə 1,5 faiz yüksələrək 2499,6 manat təşkil etmişdir.

Ardını oxu...

Muxtar respublikamızda ahıllara göstərilən dövlət qayğısı günbəgün artır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada ahıllara müxtəlif sosial xidmətlər göstərilir, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə nazirlik tərəfindən təşkil edilən silsilə tədbirlər bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
Əhalinin Sosial Müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən 33 tənha ahılın muxtar respublikamızın müqəddəs yerlərindən sayılan “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə ziyarəti təşkil edilib.
Əshabi-Kəhfi ziyarət edən tənha ahıllara qurban payları təqdim olunub, həmçinin onlar üçün çay süfrəsi açılıb.
Ziyarətgahdan xoş ovqatla ayrılan ahıllar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

Növbəti iməciliklərdə 2350 ədəd gül və bəzək kolu, meyvə və həmişəyaşıl ağaclar əkilmişdir

Muxtar respublikamızda son illərdə yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi həyata keçirilən məqsədyönlü tədbirlər hesabına mümkün olub. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər davamlı xarakter almış, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınmış, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan belə tədbirlərin həyata keçirilməsi prioritet vəzifəyə çevrilmişdir.
Cari ilin payız günlərində də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilməsi diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Ordubad Rayon Prokurorluğu Biləv Kənd Mərkəzində maarifləndirici tədbir keçirib. Tədbiri giriş sözü ilə Biləv kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Niyazi Quliyev açıb.
Ordubad rayon prokuroru Yusif Abdullayev “Enerji ehtiyatlarından qənaətlə istifadə olunmalıdır” mövzusunda çıxış edib. Qeyd olunub ki, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı bu gün Naxçıvan Muxtar Respublikasında prioritet vəzifələr sırasındadır. Bu baxımdan enerji ehtiyatlarının talanmasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində təsirli tədbirlərin görülməsi, əhalinin hüquqi maarifləndirilməsinə diqqətin artırılması zəruridir.

Ardını oxu...

Suyun həyat mənbəyi olması haqqında fikirlər insanlara çoxdan məlumdur. Təbiətdə olan bütün canlıların inkişafının su ilə əlaqəli olması həyatımızın sudan asılı olduğunu birmənalı olaraq sübut edir. Elm onu da sübut edir ki, insan bədəninin 80 faizi, Yer kürəsinin isə 2/3 hissəsi sudan ibarətdir. Normal şəraitdə sağlam insanın orqanizmindən gün ərzində 2-3 litr su xaric olunur. Yaşamaq üçün də orqanizmə elə o qədər su qəbul etmək lazım gəlir. Buna görə də insan orqanizmi uzun müddət ac qalmağa dözsə də, susuz qalmaq iqtidarında deyil. 

Maraqlıdır ki, su bizə ana təbiət tərəfindən birbaşa, həm də kifayət qədər təqdim olunduğundandır ki, uzun zaman insanlar suya adi bir nemət kimi baxmışlar. Ancaq elmi-texniki tərəqqinin sonrakı mərhələləri, eyni zamanda qlobal təbiət hadisələri son dövrlərdə təmiz suya olan ehtiyacı çoxaltmaqla bərabər, su haqqında elmi araşdırmalara olan marağı da artırmış, nəticədə, suyun adi olduğu qədər mürəkkəb və möcüzəli bir təbiət neməti olduğunu ortaya qoymuşdur. Maraqlılığını nəzərə alıb suyun bəzi xüsusiyyətlərini oxucularımızla bölüşmək istərdik.
Əvvəlcə onu xatırladaq ki, suyun yaranması elə ana təbiətin yaranması ilə eyni vaxta təsadüf edir. Lakin bu “yaranma prosesi” dünya yarandıqdan bəri davam edir: yağış yağır, kəhrizlər, çeşmələr qaynayır, çaylar axır və sair. Bu prosesdə su buxara dönərək buludlara çevrilir və yenidən qar, dolu, yağış halında təbiətin özünə qayıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar muxtar respublikamızda müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, Naxçıvan Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı yaradılıb.
Qeyd edək ki, serebral iflici diaqnozu olan, autizm sindromlu, hiperaktiv uşaqların reabilitasiyasında (orqanizmin itirilmiş funksiyalarının bərpa edilməsində) multisensorlu terapiya əsas vasitədir. Bu otaq müxtəlif psixo-nevroloji problemləri, autizm, adaptasiya pozğunluğu, həmçinin uşaq serebral iflici, hərəkət məhdudiyyətliliyi, nitq qüsurları kimi problemləri olan uşaqlar üçün nəzərdə tutulub. Burada reabilitasiya seansları sağlamlıq imkanları məhdud uşaqların psixoemosional vəziyyətinin yaxşılaşmasına, onların narahatlıq və aqressiyasının azalmasına, qorxu və sinir gərginliyinin aradan götürülməsinə, həmçinin psixoloq və uşaq arasında ünsiyyətin yaradılmasına köməklik edir. Bu müalicə üsulu mərkəzi sinir sisteminin fəaliyyətini aktivləşdirir, sensor funksiyaların (eşitmə, hissetmə, qoxubilmə və sair) stimulyasiyasına kömək edir. Bu korreksiya metodu uşaqların psixi inkişafına müsbət təsir göstərərək onlarda yaddaş və qavrama qabiliyyətini gücləndirir, uşaqların diqqətinin artması nəticəsində hiperaktivlikləri azalır.

Ardını oxu...

Sentyabrın 22-də Ordubadda sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə sahibkar Məmmədov Əmir Əli oğluna məxsus fermer təsərrüfatında heyvandarlıq təyinatlı binanın yanmasına görə 4195 manat, sahibkar Məmmədov Elşad Məmməd oğluna məxsus “Sizin market” ticarət obyektinin zərər çəkməsinə görə 700 manat, sahibkar Məmmədov Nahid Əli oğluna məxsus “Qapıcıq” ticarət mərkəzinin yanğından zərərçəkməsinə görə 11500 manat, “Görüş” fotostudiyasının sahibi Bədəlov Ramil Rasim oğluna məxsus daşınmaz əmlakın yanğından zərərçəkməsinə görə 1800 manat həcmində sığorta ödənişi verilmişdir. Ümumilikdə, Ordubad rayonunda 22 sentyabr 2014-cü il tarixdə daşınmaz əmlakın yanğın hadisəsindən zərər çəkməsinə görə 4 sahibkara 18195 manat məbləğində sığorta ödənişi verilmişdir. Bu bir daha icbari sığortalar üzrə aparılan daşınmaz əmlakın icbari sığortasının əsas məqsədinin sahibkarlara gözlənilməz hadisələrdən dəymiş zərərin ödənilməsi olduğunu göstərir.

Xəbərlər şöbəsi

Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməl­ləri yerinə yetirməkdir. “Qurani-Kərim”də həccin vacib olduğu insanlar barəsində buyurulur: “Allah-Taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir”. Buna görə də müqəddəs həcc ziyarəti hər bir müsəlmanın mömin bəndə kimi əməlləri sırasında mühüm əhəmiyyət kəsb edir. Həcc ziyarətinin başlanması münasibətilə Naxçıvan Muxtar Respublikasından da 200-dən çox zəvvar müqəddəs Həcc ziyarətinə yola salınıb.
Dünən Naxçıvan Beynəlxalq Hava Limanında bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dini-mənəvi dəyərlər hər bir xalqın varlığını təcəssüm etdirir. Muxtar respublikamızda da İslam dininə, mənəvi irsə diqqət və qayğı ilə yanaşılır, dini abidələr bərpa edilir, yeni məscidlər tikilir, dini, milli və mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamla təsdiq etdiyi “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Həyata keçirilən kompleks tədbirlər heyvandarlığın inkişafına da geniş imkanlar açmışdır. Muxtar respublikamızda həm əhalinin, həm də emal müəssisələrinin ət və süd məhsulları ilə təmin edilməsi istiqamətində müsbət dinamika mal-qaranın baş sayının və heyvandarlıq məhsulları istehsalının həcminin artırılmasında da müşahidə olunmuşdur. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir DSMF-nin Culfa Rayon Şöbəsi tərəfindən rayonun Xanəgah kəndində keçirilmişdir. Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə fondun Culfa Rayon Şöbəsinin müdiri Vüsal Məmmədzadə məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının “onlayn ödəmə” sistemi vasitəsilə ödənilməsinin əhəmiyyəti, sığorta­olunanların fərdi uçot sistemi, əmək pensiyaları və sığortaolunanların pensiya təminatı hüququ ilə bağlı məsələlər barədə torpaq mülkiyyətçilərinə geniş məlumat vermişdir.

Ardını oxu...

Dünən Naxçıvan Şəhər Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində tikintiyə dair ümumi tələblər, həmçinin enerji resurslarından səmərəli istifadə ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açmış, tədbirin mahiyyəti barədə iştirakçılara məlumat vermişdir.
Naxçıvan şəhər prokurorunun müavini, I dərəcəli hüquqşünas Qalib İsmayılov “Tikintiyə dair ümumi tələblər” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci il tarixli Qanunla təsdiq edilmiş və 2013-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Həmin məcəllənin şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı adlanan 1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
“Məcəllənin 79-cu və 80-ci maddələrində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin tikintisinin aparılması qaydaları və tikintiyə başlamaq üçün məlumatlandırma icra­atının qaydaları öz əksini tapmışdır”, – deyən Qalib İsmayılov qanunun ayrı-ayrı maddələri barədə sakinlərə ətraflı məlumat vermişdir.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Son illər iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb. Aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsindən başlamış çox­uşaqlı ailələrin, əlillərin, tənha yaşayan ahılların həyat şəraitinin yaxşılaşdırılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir.
Aztəminatlı ailələrin sosial problemlərinin həll olunması, o cümlədən rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Mütəmadi olaraq müvafiq kateqoriyadan olan ailələrə baş çəkilməsi də həmin tədbirlərdəndir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Bənəniyar kəndində yaşayan aztəminatlı Məhərrəmovlar ailəsinə baş çəkilib. Adıçəkilən təşkilatların əməkdaşları aztəminatlı ailənin yaşayış vəziyyəti ilə maraqlanıb, ailə üzvlərini tibbi müayinədən keçirib, ailəyə məişət əşyası və ərzaq payı veriblər.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­qramı”nın icrası uğurla davam etdirilir. Dövlət proqramının sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması bəndinin icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində növbəti kinekt və intellektual kompüter oyunları üzrə yarış təşkil edilib.
Yarışda sağlamlıq imkanları məhdud 14 uşaq iştirak edib. Sağlamlıq imkanları məhdud uşaqlar üç mərhələdə yarışıblar. İlk mərhələdə yarış iştirakçıları “tennis” kinekt oyunu, ikinci mərhələdə xüsusi kompüter proqramı əsasında hazırlanan test suallarının cavablandırılması, üçüncü mərhələdə isə “rəqəmləri tap” kompüter oyunu üzrə qabiliyyət və bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, bu qəbildən olan tədbirlər uşaqların bilik və intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir.
Sonda hər mərhələnin qalibinə hədiyyə, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Yüksək hərarətə və sərt şaxtalara dözümlü bitkilərdən biri də zoğaldır. İnsanlar zoğaldan qidalı giləmeyvə kimi istifadə edirlər.
Muxtar respublikamızın ərazisində də yetişdirilir. Hətta Şahbuz və Culfa rayonlarının Keçili və Milax kəndlərinin sərhədində qədim bir yaşayış məntəqəsinin adı “Zoğala” kəndi kimi yaddaşlarda yaşamaqdadır. Zoğal bitkisi zəngin və rütubətli torpaqlarda 6, qidalılığı və nəmliyi az olan yamaclarda 1,5-2 metrədək boy atıb hər il məhsul verən bitkidir.
Hazırda zoğalın xırdameyvəli cır və irimeyvəli hibrid növləri yayılmışdır. Əsasən, Ordubadın Nüsnüs meşəliklərində bitir.
Şahbuz rayonunda cır və hibrid növlərini bara salmışam. Meyvələri sentyabrda yetişir. Zoğal meyvəsi yetişdikcə al-qırmızı rəngə boyanır. Hətta zoğalın ağ meyvəli növü də vardır. Üç ildir, ağ zoğalı böyütsəm də, hələlik, bara düşməmişdir. Aldığım məlumata görə, ağ zoğalın mürəbbəsi sarı kəhrəba rənginə çalaraq çox dadlı olur.
Birinci Dünya müharibəsində rus ordusunun skorbut (vitamin çatışmazlığı) xəstəliyinə yoluxmuş əsgərləri zoğal lavaşası ilə müalicə edilmişdir. Zoğalın yetkin meyvəsinin tərkibində 20-25 faizədək şəkər (qlükoza, fruktoza, saxaroza), 8-9 faiz aşı maddəsi, 10-11 faiz üzvi turşular (limon, alma, kəhrəba), karotin, C və B vitaminləri, boyayıcı maddələr vardır. Xalq təbabətində zoğalın təzə dərilmiş meyvələrindən alınan şirə şəkərli diabetdə ürək yanğısının qarşısını alan sərinləşdirici vasitə kimi bilinməkdədir. Tumunun qovurulub toz halına salınması ishalın və dizenteriyanın ən kəskin dərmanıdır. Malyariya kimi qızdırma xəstəliyini vaxtilə qurudulmuş zoğalın dəmləməsi ilə müalicə edərmişlər. Yarpaqları və çiçəkləri də eyni təsirə malikdir. Zoğal meyvələri yetişdikcə turşuluğu azalır, şəkərliliyi artır. Odur ki, meyvəsi tam yetişməzdən əvvəl yığılmalıdır. Zoğal meyvəsindən tumu çıxarılmaqla lavaşa, kompot, mürəbbə, povidlo, püre, marmelad, kisel, dondurma, turşu, şirə hazırlanır.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə səhiyyə işçiləri üçün əmək yarmarkası keçirilib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraq səhiyyə sistemində aparılan qurucu­luq işlərindən, həyata keçirilən islahatlardan danışıb. Bildirilib ki, son illər səhiyyənin inkişafında, tibbi xidmətin yüksək səviyyədə aparılmasında, tibbi kadrların hazırlanmasında müəyyən uğurlar əldə olunub. Səhiyyədə gedən islahatlar çərçivəsində əhaliyə göstərilən tibbi xidmətin gücləndirilməsi məqsədilə şəhər və rayonlarda müasir tibb avadanlıqları və texnika ilə təchiz edilmiş yeni səhiyyə müəssisələri istifadəyə verilib, fəaliyyət göstərən tibb müəssisələrində əsaslı təmir işləri aparılıb. Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2010-cu il 7 iyul tarixli qərarı ilə təsdiqlənmiş “2010-2014-cü illər üçün Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrində tibbi kadr təminatı üzrə İnkişaf Proqramı” xüsusi əhəmiyyət kəsb edir və kadr probleminin həllində, eləcə də qarşıya qoyulmuş məqsədlərə nail olmaqda tam istiqamətləndirici və tənzimləyici xarakter daşıyır.

Ardını oxu...

Cəmiyyətin idarəetmə mexanizmləri arasında, şübhəsiz, inzibati və məcburetmə vasitələrindən daha çox sosial imperativlər üzərində formalaşaraq, illərlə insanların yaddaşında və mədəniyyətində möhkəmlənən adət-ənənələrin gücündən istifadənin mühüm rolu vardır. Bu baxımdan işini ehtiyatlı tutub riskli hadisələrə qarşı özünü sığortalamaq inkişaf etmiş cəmiyyətlərdə insanların elə bir tələbatı halına gəlmişdir ki, buna, sözün əsl mənasında, sığorta ənənəsi də demək olar. İnsanların bir fond formalaşdıraraq bədbəxt hadisələrin vurduğu maddi zərərlərə qarşı hazırlıqlı olması hələ yüz illər öncəsindən, qədim dövrlərdə inkişaf edən, sonra isə bütün dünyaya yayılan mədəniyyət kimi artıq bir ənənə halını almışdır. 

Ardını oxu...

Dövlət gənclər siyasətinin əsas prioritet istiqamətlərindən biri də gənclərdə intellektual bilik və bacarıqların yaranması və inkişaf etdirilməsidir. Son illərdə ölkədə intellektual hərəkatın inkişafı və Azərbaycan gənclərinin beynəlxalq intellektual hərəkata qoşulmasına şəraitin yaradılması kimi önəmli məsələlər diqqətdən kənarda qalmamışdır. Bu məqsədlə gənclər və yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə Azərbaycan çempionatları, “Xəmsə” milli intellektual oyunu üzrə I Dünya Çempionatı, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan çempionatları, Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda “Breyn Rinq” intellektual oyunu üzrə beynəlxalq turnirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyəti ilə birgə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş I Zəka Oyunları Festivalı keçirəcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev qəzetimizə məlumat verib.

Ardını oxu...

Babək Rayon Vergilər Şöbəsində vergi ödəyiciləri ilə keçirilən seminarı giriş sözü ilə şöbənin rəisi Səftər Əliyarov açaraq “asan imza”nın üstünlüyündən danışıb.
Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək qrupunun rəhbəri Sahil Qasımov “Asan imzanın alınması, istifadə qaydası və istifadə sahələri” mövzusunda danışaraq bildirib ki, elektron xidmətlərdə sadə və təhlükəsiz mobil autentifikasiya və mobil elektron imza olan “asan imza”nın kütləvi istifadəsinin stimullaşdırılması məqsədilə Vergilər Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın bütün mobil operatorları tərəfindən “asan imza” mobil elektron imza xidməti üçün qiymətlərin endirilməsi kampaniyasına start verilib.­
Kampaniya 16 may 2014-cü il tarixdən etibarən başlayıb. Artıq fiziki və hüquqi şəxslər, eləcə də dövlət qulluqçuları “asan imza” mobil elektron imza xidmətini Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən vahid qiymətə – 18 manata (ƏDV daxil) əldə edə və 3 il müddətində ondan yararlana bilərlər.
“Asan imza” mobil elektron imza xidmətinin əldə edilməsi ilə bağlı endirimlər fiziki şəxslər üçün 40 faiz, hüquqi şəxslər üçün 90 faiz və dövlət qulluqçuları üçün 80 faizə qədər təşkil edir.

Ardını oxu...

Naxçıvan şəhərində  yol  tikintisindən fotoreportaj

Əzizim el yoludu,
Bu gələn el yoludu.
Çəkilən hər el yolu
Xalqa xidmət yoludu.

Bir neçə aydır ki, naxçıvanlı mühəndislər paytaxt şəhərimizin yollarını yenidən qururlar. Alınlarından zəhmət təri əskik olmayan yol inşaatçıları bir an belə dayanmadan, şövqlə çalışırlar. Ölkəmizin günü-gündən artan iqtisadi gücü bu əmək fədailərinin də qurmaq, yaratmaq eşqini alovlandırır.
Hazırda Naxçıvan şəhərinin müxtəlif ünvanlarında yol yatağı genişləndirilir, asfalt örtük salınır.
Çox çəkməyəcək ki, Naxçıvan şəhərinin yollarında tikinri işləri müasir tələblər səviyyəsində başa çatdırılacaqdır. İndi hər bir naxçıvanlı qəlbən sevinir ki, muxtar respublikanın quruculuq salnaməsinə belə parlaq səhifələr yazılır. Bir də ki, axı yollar təkcə şəhərləri, qəsəbələri, kəndləri bir-birinə birləşdirmir... Yollar həm də insanları, xoş arzu və niyyətləri qovuşdurur...

 

Bu, işçinin özünə verdiyi dəyərdir

...“Müdir heç bir səbəb göstərmədən məni işdən çıxardı”, “Sınaq müddəti adıyla iki ay işlədib sonra da pul vermədilər”, “Vəd etdiklərindən çox az maaş aldım”, “İxtisara düşdüyümü elə işdən çıxarılan gün bildim”. Təəssüf ki, bu cür şikayətlərə bəzən rast gəlirik. Bəzi hallarda özəl qurumlar tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur. Belə hallarla üzləşən vətəndaşlar heç bir yerə şikayət edə bilmirlər. Çünki işə düzələn zaman işəgötürənlə həmin vətəndaşlar arasında əmək müqaviləsi bağlanmayıb...

Ölkə iqtisadiyyatının inkişafında və şəffaflığın təmin olunmasında, istehsalatda işçilərin əmək hüquqlarının etibarlı müdafiəsində və qeyri-leqal məşğulluqla mübarizənin gücləndirilməsində əmək müqaviləsinin bağlanması mühüm əhəmiyyət kəsb edir. Əmək müqaviləsi (kon­traktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Ümumilkdə, əmək müqaviləsi işçi ilə işəgö­türən arasında ən etibarlı münasibət, dialoq vasitəsidir.
Qanunvericiliyin tələblərinə baxmayaraq, bu gün bəzi vergi ödəyiciləri, işəgötürənlər vergi və digər ödənişlərdən yayınmaq məqsədilə işçilərlə əmək müqavilələri bağlamır, iş yerləri rəsmiləşdirilmədən onlara işlərin görülməsini həvalə edirlər. Əlavə olaraq, iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan vergi ödəyicilərinin muzdlu işlə əlaqədar təqdim etdikləri vergi bəyannamələrindəki əməkhaqqı məbləğləri təsərrüfat subyektlərinin real potensialı ilə uzlaşmır və bəzən ondan bir neçə dəfə aşağı olur.

Ardını oxu...

Muxtar respublikada iqtisadiyyatın sürətli inkişafı, sosial sahələrə diqqətin artırılması, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər nəticəsində yeni iş yerlərinin açılması, adambaşına düşən gəlirlərin ilbəil artması əhalinin, o cümlədən hər bir ailənin sosial vəziyyətinin yaxşılaşması üçün zəmin yaratmışdır. Qeyd olunanlar hazırda muxtar respublikada dövlət uşaq müəssisələrində dövlət himayəsində təhsil və təlim-tərbiyə alan uşaqların bu müəssisələrə düşməsinin qarşısının alınmasına, ailə mühitində inkişafının təmin edilməsinə geniş imkanlar yaradır.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” təsdiq edilmişdir. Proqramın əsas məqsədi Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqlarına dair” Konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində xoşbəxtlik, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləməsinin təmin edilməsindən ibarətdir.
Sevindirici haldır ki, muxtar respublikada dövlət uşaq müəssisələrində atılmış uşaq yoxdur, hər iki valideynini itirmiş və ya valideyn himayəsindəm məhrum olmuş uşaqlar yaxın qohumlarının himayə və qəyyumluğunda yaşayırlar.

Ardını oxu...

Yeni dərs ilinin başlanması ərəfəsindəyik. Muxtar respublikada yaşayan uşaqlar sevimli məktəblərinə üz tutmağa tələsirlər. Bütün uşaqlar kimi, sağlamlıq imkanları məhdud uşaqlar da təhsil almaq arzularını builki dərs ilində daha geniş şəkildə həyata keçirə biləcəklər. Çünki Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” onların bu istəklərini reallaşdıran müddəalardan ibarətdir.

Dövlət proqramının müvafiq bəndlərinin icrası ilə bağlı aidiyyəti təşkilatlar kimi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də 2014-cü ilin ilk 8 ayı ərzində qarşıya qoyulan vəzifələri həyata keçirməyə çalışmışdır.
Belə ki, dövlət proqramına uyğun olaraq, muxtar respublika üzrə sağlamlıq imkanları məhdud 1969 uşaqdan 323 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyən edilmiş və onlar haqqında məlumat bazası yaradılmışdır.

Ardını oxu...

Sədərək rayonunda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilmişdir.

Pensiya siyasəti, sosial sığorta qanunvericiliyi və sosial sığorta sistemində fərdi uçotun tətbiqi məsələlərinə həsr olunan tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açaraq ölkəmizdə həyata keçirilən pensiya islahatlarından danışmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Yaşar Məmmədov, İsmayıl Həsənov və Ağa Həsənov çıxış edərək sosial sığorta qanunvericiliyindən, məcburi dövlət sosial sığorta haqlarının “onlayn ödəmə” sistemi vasitəsilə ödənilməsindən, sosial sığorta sistemində fərdi uçotun tətbiqindən, pensiyaların təyinatı və ödənişinin müasir üsullarla həyata keçirilməsindən danışmışlar.
Qeyd olunmuşdur ki, son illər ərzində sosial sığorta sahəsinin sürətli inkişafı bu sahədə elektron xidmətlərin tətbiqini zəruri etmişdir. Elektron xidmətlərdən biri olan məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi xidməti vasitəsilə sığortaedənlər məcburi dövlət sosial sığorta vəsaitlərini onlayn həyata keçirə bilərlər. Belə ki, www.dsmf.nakhchivan.az saytına daxil olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri plastik kartlar vasitəsilə məcburi dövlət sosial sığorta haqlarını tam şəkildə ödəyə bilərlər.

Ardını oxu...

Son illər muxtar respublikada şəhər infrastrukturunun mühüm sahəsi sayılan sərnişindaşıma xidmətinin də günün tələbləri səviyyəsində qurulması üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Muxtar respublika paytaxtında şəhərdaxili və şəhərətrafı yol yataqlarının genişləndirilməsi, yollara keyfiyyətli asfalt örtüyün salınması nəqliyyat vasitələrinin sərbəst hərəkətinə, sərnişinlərin rahat daşınmasına əlverişli şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyindən aldığımız məlumata görə, Naxçıvan şəhərində sərnişindaşıma işini nizamlamaq, əhalinin rahatlığını təmin etmək, eləcə də xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, Naxçıvan Şəhər Nəqliyyat İdarəsi üçün yeni inzibati bina və avtobus parkı istifadəyə verilmişdir.

Ardını oxu...

Yaxşı xatırlayırıq ki, 20 il bundan əvvəl muxtar respublikada ictimai iaşə obyektləri çox məhdud sayda idi. Həmin ünvanlarda xidmətin səviyyəsi də xoşagələn deyildi. XXI əsr Naxçıvanda bu sahəyə də yeni ab-hava gətirdi. Muxtar respublikanın müxtəlif ünvanlarında müasir yeməkxanalar, kafelər fəaliyyət göstərməyə başladı. Onu da deyək ki, yeməkxanalara heç də adi ictimai iaşə obyekti kimi baxmaq olmaz. Çünki hər bir region haqqında ilkin təəssürat yaradan məkanlardan biri də məhz həmin ünvanlardır. Milli mətbəx mədəniyyətimiz barədə təəssürat buralarda formalaşır. Bəs bu gün həmin obyektlərdə vəziyyət necədir? İnsanlara xidmətin səviyyəsi qənaətbəxşdirmi? Bu obyektlərdə milli mətbəximiz necə təbliğ olunur?

Xidmət sektorundakı “yüksək xidmət”

Bu gün muxtar respublikada ofisiant mədəniyyəti çox aşağı səviyyədədir. Unutmaq olmaz ki, ofisiantlığın özü də bir sənətdir. Bəzi ölkələrin təhsil ocaqlarında bu sənət də tədris olunur. Kurslarda iştirak etməyən ofisiantlar işə qəbul edilmirlər. Ancaq muxtar respublikamızda hər sahədə əsl yüksəliş, intibah olduğu halda, belə xidmət sahələrində hələ də axsayırıq. Səbəbləri isə çoxdur. Öz işində davamlı olmayan, təcrübəsiz, müştərilərinin sevimlisinə çevrilməyən qeyri-peşəkar, yəni hardan gəldi çağırılan belə “xidməti işçilərlə” hansısa keyfiyyətdən danışmağa dəyməz. Bu xidmətlə normal, peşəkar insanlar məşğul olmalıdırlar. Əlbəttə ki, bu insanların ali təhsilli olması önəmli şərt olmasa da, ən azından, müvafiq sahə üzrə hazırlıq kursu keçmələri şərtdir. Təəssüf ki, sahibkar­lar öz işinin peşəkarı olan xidməti heyətin hazırlanmasında maraqlı deyillər. Naxçıvanda peşəkar restoran işçilərinin hazırlanması üçün hər cür şərait var. Naxçıvan Regional Peşə Tədris Mərkəzində kurslar təşkil etməklə bu sahədə işləri qaydasına qoymaq olar. Kiçik bir araşdırma apardıqdan sonra öyrəndik ki, indiyədək “Təbriz” hotelindən başqa, heç bir xidmət obyekti belə kursların təşkili üçün Naxçıvan Regional Peşə Tədris Mərkəzinə müraciət etməyib.

Ardını oxu...

Sentyabr ayının 10-da Babək Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Zeynəddin kəndində təbii qazdan, sudan, elektrik və ya istilik enerjisindən düzgün istifadə qaydalarına, həmçinin “Ətraf mühitin qorunması sağlam həyatımızın başlıca amillərindəndir” mövzusuna həsr olunmuş tədbir keçirilib. Tədbiri Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Səfər Şükürov açıb, tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib.
Tədbirdə Babək rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Kənan Seyidov “Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması inzibati və cinayət məsuliyyəti yaradır” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, böyük dövlət qayğısı nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunub. Hazırda qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. Ona görə də hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir. Kənan Seyidov qanunsuz istifadə halları ilə əlaqədar Cinayət Məcəlləsindəki maddələr barədə sakinlərə məlumat verib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 10-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində serebral iflic xəstəliyi olan uşaqların valideynləri ilə maarifləndirici görüş keçirilib. Tədbirin təşkil edilməsində əsas məqsəd valideynlərə bu kateqoriyadan olan uşaqlarla evdə davranışa, onların təlim-tərbiyəsinin təşkilinə və ünsiyyətqurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət xidmətinin göstərilməsidir.

Ardını oxu...

Tikanlı kəvər kəvərkimilər fəsiləsinə aid olan çoxillik bitki növüdür. Naxçıvanda bu bitkini “çöl kəvəri”, “çöl qarpızı”, bəzən də “yalama” adlandırırlar. Dağlıq və dağətəyi bölgələrdə, səhra və yarımsəhra, eləcə də Kür-Araz ovalıqlarındakı geniş ərazilərdə yabanı növ halında yayılıb. Biomorfoloji xüsusiyyətlərinə görə yarımkol bitki olub, 2 metrə qədər uzunluqda budaqları vardır.

Budaqları tikanlıdır. Yarpağı girdə-yumurtavari, yaxud ellipsvari olub, saplaqlıdır. Çiçəkləri iri, ağ rəngdədir; tək-tək halda yarpaqların qoltuğunda yerləşir. Çiçəklərində heç bir bitkidə müşahidə olunmayan spesifik xoş ətir vardır. Meyvəsi uzun saplaqlara birləşmiş halda uzunsov qutucuqlar şəklindədir. Toxumları kürəvari, tünd-qonur rənglidir, təqribən, qaraya çalır. Bitki may-iyul aylarında çiçəkləyir, meyvələri avqust ayının ikinci və bəzən üçüncü ongünlüyündə yetişir.
Çox güclü kök sistemi vardır: torpaqda oduncaqlaşmış şəkildə şaxələnir. Xüsusi efirlər sintez edən kökləri daşlı, çınqıllı, gilli, gillicəli, bozqır torpaqlarda inkişaf edib artır. Hətta beton və asfalt döşəmələrdə belə, bu bitkiyə rast gəlmək mümkündür. Mil kökü 23 metr torpağın dərinliyinə qədər gedə bilir.

Ardını oxu...

Əhalinin məşğulluğunun təmin olunması dövlətin mühüm tənzimləmə funksiyalarındandır. Məşğulluq kimi vacib bir sahədə də görülən işlər əmək ehtiyatlarından səmərəli istifadə məqsədi daşıyır. Çünki iş qüvvəsi sahibi olan insan hər şeydən dəyərlidir və bu dəyərin maddiləşərək məhsul və xidmətlər şəklində insanların xidmətinə təqdim edilməsi onun özünün və digər insanların normal yaşayışı üçün vacib şərtdir. Məşğulluq problemi hər zaman üçün aktual olduğundan və burada əhalinin müxtəlif təbəqələrinin maraqları ödənildiyindən bütün prioritetlər nəzərə alınmaqla uzunmüddətli perspektivə hesablanmış dövlət proqramlarının əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. 

Ardını oxu...

Vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikada daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir.
Buna görə də vaxtaşırı olaraq əmək yarmarkalarının keçirilməsi əməkqabiliyyətli əhalinin işlə təmin edilməsində mühüm rol oynayır. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən əmək yarmarkaları indi işaxtaran vətəndaşların ən çox üz tutduqları ünvandır.
Yarmarkalara hazırlıq dövründə həyata keçirilən təşkilati işlər, xüsusilə işəgötürən­lərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin və işaxtaran vətəndaşların fəal iştirakını təmin edib. Növbəti belə əmək yarmarkası səhiyyə işçiləri üçün təşkil olunacaq.
Naxçıvan Muxtar Respublikası Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkil edəcəyi səhiyyə yarmarkası 17 sentyabr 2014-cü il tarixdə saat 1000-da keçiriləcək. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin inzibati binasında keçiriləcək səhiyyə yarmarkasına işaxtaran ali və orta tibb təhsili olan vətəndaşlar müraciət edə bilərlər.

Xəbərlər şöbəsi

Və ya Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyətində hamımızı düşündürən suallardan bəziləri...

Muxtar respublikamızda bütün sahələrdə həyata keçirilən islahatlar Naxçıvanı yerləşdiyimiz regionda və ölkədə ən qabaqcıl standartların tətbiq olunduğu məkanlardan birinə çevirib. Digər sahələrdə olduğu kimi, informasiya texnologiyalarının idarəçilikdə tətbiqi sahəsində də ciddi addımlar atılıb. Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının fəaliyyətində çevik idarəetmənin, şəffaflığın təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının dövlət orqanlarında geniş tətbiqi, müasir standartlara cavab verən internet saytlarının və elektron xidmətlərin yaradılması məqsədilə hələ 2011-ci ilin 15 iyulunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Fərman imzalanıb. “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanında mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətin təşkili məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Fərmanın 1.5-ci bəndində göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların, fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulub. Fərmana uyğun olaraq, 76 dövlət orqanı üçün internet səhifəsi hazırlanıb, onlara domen adları, elektron poçt ünvanları verilib və qlobal şəbəkədə yerləşdirilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 34 dövlət orqanına elektron xidmətlərin göstərilməsi üçün reyestr kodları verilib, xidmətlərin reqlamentlərinin hazırlanmasına köməklik edilib.

Ardını oxu...

Qarşıdan yeni tədris ili gəlir. Digər müəssisələrdə olduğu kimi, təhsil müəssisələrində və uşaq bağçalarında da yanğına qarşı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin diqqət mərkəzindədir. Hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında yeni tədris ilinə hazırlıqla bağlı məktəblərə və uşaq bağçalarına baxışlar keçirilib, müəllim və texniki işçilərlə yanğın təhlükəsizliyi qaydaları haqqında maarifləndirmə və məlumatlandırma işləri aparılıb.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhəri və rayonlarda yerləşən ümumtəhsil məktəblərinin, uşaq bağçalarının binalarına yanğından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədilə baxışlar keçirilib. Baxışlar zamanı binalarda mövcud olan yanğınsöndürmə vasitələrinin, daxili yanğın-su kranlarının və odsöndürücü balonların vəziyyəti yoxlanılıb, onların istifadə və tətbiqi qaydaları praktik olaraq təhkim olunmuş cavabdeh şəxslərə öyrədilərək izahat işləri aparılıb. Eləcə də görülən işlərin davamı olaraq, təhsil müəssisələrində və uşaq bağçalarında qış mövsümü dövründə qaz və elektrik təsərrüfatından düzgün istifadə olunması, xüsusən istilik sistemi olmayan və neft sobaları ilə qızdırılan məktəblərdə sobaların normativ tələblərə uyğun qurulması, sobaların müəyyən olunmuş ölçüdə metal altlıqlarla təmin olunması, tüstü borularının işlək vəziyyətdə saxlanması haqqında ətraflı məlumatlar verilərək izahat işləri aparılıb.

Ardını oxu...

Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunan acarıstanlı uşaqlar müalicə kursları başa çatdıqdan sonra ölkələrinə geri dönüblər. Sen­tyabrın 5-də “Duzdağ” otelinin qarşısında qonaqları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev, Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Ruslan Süleymanov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi­nin nümayəndələri yola salıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Gürcüstanın Acarıstan Muxtar Respublikası ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələr müxtəlif sahələrdə, həmçinin səhiyyə sahəsində öz bəhrələrini verməkdədir. Artıq üçüncü ildir ki, astma xəstəliyindən əziyyət çəkən xeyli sayda acarıstanlı uşaq Naxçıvan Muxtar Respublikasının Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunur. Burada olduğunuz 12 gün müddətində müalicə olunmaqla yanaşı, Naxçıvanın gəzməli-görməli yerləri ilə də yaxından tanış olmaq imkanınız olub. Hər birinizə cansağlığı və yaxşı yol arzulayırıq.

Ardını oxu...

Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicə alan Gürcüstanın Acarıstan Muxtar Respublikasından olan uşaqlar dünən vətənlərinə geri döndülər. Məlumat üçün deyək ki, Acarıstandan gələn qrupda 28 nəfər var idi. Onlardan 23 uşaq müalicə üçün gəlmişdi. Digər 5 nəfər isə Acarıstan Səhiyyə Nazirliyinin əməkdaşları və valideynlər idilər.
Müalicələrinin sonuncu günü Duzdağ Fizioterapiya Mərkəzinə gedərək onlarla söhbət etdik. Müalicələrinin necə nəticə verməsi ilə maraqlandıq, onların qədim diyarımız barədə təəssüratlarını öyrəndik. Söhbətə 10 yaşlı Aleksandr Qiorqiyeviç Bajunaişvili ilə başladıq. Yaşının az olmasına baxmayaraq, fikirlərini aydın ifadə edən balaca Aleksandr Duzdağ Fizioterapiya Mərkəzində aldığı müalicənin müsbət nəticələrindən və qədim Naxçıvanın onu heyran etməsindən xeyli danışdı. O dedi:
– Mən üç il bundan əvvəl nəfəs darlığına səbəb olan astma xəstəliyinə tutulmuşam. Həkimlər və valideynlərim deyirlər ki, bizim yaşadığımız Batuminin rütubətli havası da mənim xəstəliyimə pis təsir edir. Ancaq mən Naxçıvana gələndə birinci buranın təmiz havası çox xoşuma gəldi. Burada nəfəs almaq mənim üçün vətənimə nisbətən daha asan idi.

Ardını oxu...

Artıq Bilik Günü yaxınlaşır. Bu ərəfədə övladları məktəbə gedəcək valideynlərin qayğıları da artır. Əvvəllər onlar məktəbli övladları üçün geyim dəsti, dərs ləvazimatları əldə etməkdən ötrü ayrı-ayrı ünvanlara üz tuturdular. Bəzən bazarlardakı qiymətlər də münasib olmurdu. Bu cəhətdən artıq neçə ildir ki, Naxçıvan şəhərində təşkil olunan ənənəvi məktəbli yarmarkalarının böyük əhəmiyyəti var.
Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda təşkil olunan yarmarka hər gün saat 900-dan 1400-ə kimi əhaliyə xidmət göstərir. Yüzlərlə adamın müraciət etdiyi yarmarkada olduq. O an yadıma məktəbli olduğum illər düşdü. Yenicə müstəqillik qazanmış dövlətimizdə o zaman bütün sahələrdə olduğu kimi, təhsilimizdə də vəziyyət acınacaqlı idi. Lazım olan dərsliklərin tapılmaması, yaxud onların bazarlarda çox baha qiymətə satılması adi hal idi. Artıq o günlər xeyli geridə qalıb. Bu mənada indi orta məktəblərdə təhsil alan şagirdlərə qibtə ilə baxmaq olar. Onlar üçün məktəbli yarmarkasında nə istəsən var. Geniş sahədə piştaxtalar üzərinə səliqə ilə düzülmüş çeşid-çeşid məktəbli ləvazimatları, nümunə üçün asılqanlardan asılmış məktəbli formaları belə deməyə əsas verir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR