22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər müəssisələrin metodist və tərbiyəçi-müəllimlərinin iştirakı ilə kurs təşkil edilib.
Tədbiri komitənin sədri Ramilə Seyidova açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də qarşısında bir sıra vəzifələr qoyub. Bu baxımdan komitə aidiyyəti təşkilatlarla birgə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması məqsədilə rübdə bir dəfə belə kurslar təşkil edir. Sözsüz ki, belə kursların təşkil olunması muxtar respublikada məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunmasına xidmət edir.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli çıxış edərək vurğulayıb ki, adıçəkilən dövlət proqramı muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər müəssisələr qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrin uğurlu icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbində və cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrində mühüm rol oynayacaq. Məktəbəqədər təhsil müəssisələrində çalışan metodist, tərbiyəçi-müəllimlər uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə sıx əlaqə saxlamalı, bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına daha çox səy göstərməlidirlər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara əyani vəsait­lər paylanılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR