22 Dekabr 2024, Bazar

1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən silsilə tədbirlərin davamı olaraq, oktyabrın 1-də Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, muxtar respublikamızın bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi, xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən ahılların sosial müdafiəsinin davamlı güclənməsinə imkan yaradıb. Muxtar respublikamızda ahıllara müxtəlif sosial xidmətlər göstərilir, onların sağlamlığının qorunması, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxışında bildirib ki, Şahbuz rayonunda yaşayan ahılların güzəranının yaxşılaşdırılması, onların sağlam həyat tərzində yaşamalarının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ahıllar evində ahıl vətəndaşların fəal həyat tərzində yaşamaları və istirahətləri üçün hərtərəfli şərait yaradılıb, həmçinin onlara mütəmadi tibbi və sosial reabilitasiya xidməti göstərilir.
Sonda sakinlərə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında Əhalinin Sosial Müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən tənha ahılların iştirakı ilə tədbirlər keçirilib.
Tədbirlərdə, ümumilikdə, 523 ahıla bayram sovqatı təqdim olunub.
Göstərilən diqqət və qayğıya görə ahıllar dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR