Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Naxçıvan Muxtar Respublika Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın rayon və şəhərlərində rayon, şəhər Gənclər və İdman idarələri, Təhsil şöbələri və YAP rayon, şəhər təşkilatlarının gənclər birlikləri tərəfindən Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun birinci mərhələsi keçirilib. İntellektual oyunda iştirakçılara Azərbaycan tarixindən və ümumi dünyagörüşdən ibarət 50 sual təqdim edilib və suallar iştirakçılar tərəfindən fərdi şəkildə cavablandırılıb.
“Nuh yurdu” intellektual oyununun keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Ceyhun MƏMMƏDOV