22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, 2014-cü ilin ilk 9 ayı ərzində nazirlik və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 99 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür.

Həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 27 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 32 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanmışdır.
Doqquz ay ərzində 1 vergi ödəyicisində 1 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 14 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 16 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olması, 3 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilmişdir.
Əlavə olaraq, keçirilən nəzarət tədbirləri zamanı 6 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanmış və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Həmin şəxslərdən 4-nün fəaliyyəti şəxsi nəqliyyat vasitələrindən istifadə etməklə sərnişindaşıma, 2 şəxsin fəaliyyəti isə səyyar qaydada qanunsuz olaraq ticarət fəaliyyəti göstərmələri olmuşdur.
Qeyd olunan dövr ərzində 58 obyektdə nəzarət-kassa aparatlarının quraşdırılması təmin edilmişdir.
Cari ilin ilk 9 ayında Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər planına əsasən, işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməsi tədbirləri, əməkhaqlarının real göstərilməsi ilə bağlı tikinti, ticarət, iaşə və digər xidmət obyektlərində araşdırmalar mütəmadi olaraq davam etdirilmişdir. Aparılan araşdırmalar zamanı 214 işəgötürən tərəfindən 176 yeni əmək müqaviləsinin bağlanmasına, 373 əmək müqaviləsində isə göstərilən əməkhaqlarının real səviyyəyə çatdırılmasına nail olunmuşdur.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR