22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir DSMF-nin Culfa Rayon Şöbəsi tərəfindən rayonun Xanəgah kəndində keçirilmişdir. Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə fondun Culfa Rayon Şöbəsinin müdiri Vüsal Məmmədzadə məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının “onlayn ödəmə” sistemi vasitəsilə ödənilməsinin əhəmiyyəti, sığorta­olunanların fərdi uçot sistemi, əmək pensiyaları və sığortaolunanların pensiya təminatı hüququ ilə bağlı məsələlər barədə torpaq mülkiyyətçilərinə geniş məlumat vermişdir.

Qeyd olunmuşdur ki, vətəndaşlara təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Ona görə də hər bir vətəndaş yaşlı dövrünün maddi təminatının məsuliyyətini əmək fəaliyyəti göstərdiyi vaxtdan düşünməli, harada çalışmasından asılı olmadan, işləməyə başlayarkən, ilk növbədə, əmək müqaviləsini imzalamalı, aldığı əməkhaqqının tam məbləğdə əməkhaqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.
Bildirilmişdir ki, sığortaolunanlara pensiya təminatı hüququ verən sığorta stajıdır. Sığorta stajı sığorta­olunanın Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödədikləri fəaliyyət dövrlərinin məcmusundan ibarətdir. Bu göstərici əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan əsas göstəricidir. Əgər sığorta stajı pensiya təyinatına hüquq yaradırsa, onda sığortaolunana pensiya təyinatı aparılır. Sığortaolunanın pensiyasının məbləği isə birbaşa onun əmək fəaliyyəti dövründə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məcmusundan asılıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə
Fondunun mətbuat xidməti

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR