Sentyabrın 22-də Ordubadda sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə sahibkar Məmmədov Əmir Əli oğluna məxsus fermer təsərrüfatında heyvandarlıq təyinatlı binanın yanmasına görə 4195 manat, sahibkar Məmmədov Elşad Məmməd oğluna məxsus “Sizin market” ticarət obyektinin zərər çəkməsinə görə 700 manat, sahibkar Məmmədov Nahid Əli oğluna məxsus “Qapıcıq” ticarət mərkəzinin yanğından zərərçəkməsinə görə 11500 manat, “Görüş” fotostudiyasının sahibi Bədəlov Ramil Rasim oğluna məxsus daşınmaz əmlakın yanğından zərərçəkməsinə görə 1800 manat həcmində sığorta ödənişi verilmişdir. Ümumilikdə, Ordubad rayonunda 22 sentyabr 2014-cü il tarixdə daşınmaz əmlakın yanğın hadisəsindən zərər çəkməsinə görə 4 sahibkara 18195 manat məbləğində sığorta ödənişi verilmişdir. Bu bir daha icbari sığortalar üzrə aparılan daşınmaz əmlakın icbari sığortasının əsas məqsədinin sahibkarlara gözlənilməz hadisələrdən dəymiş zərərin ödənilməsi olduğunu göstərir.
Xəbərlər şöbəsi