22 Dekabr 2024, Bazar

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Son illər iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb. Aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsindən başlamış çox­uşaqlı ailələrin, əlillərin, tənha yaşayan ahılların həyat şəraitinin yaxşılaşdırılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir.
Aztəminatlı ailələrin sosial problemlərinin həll olunması, o cümlədən rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Mütəmadi olaraq müvafiq kateqoriyadan olan ailələrə baş çəkilməsi də həmin tədbirlərdəndir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə Culfa rayonunun Bənəniyar kəndində yaşayan aztəminatlı Məhərrəmovlar ailəsinə baş çəkilib. Adıçəkilən təşkilatların əməkdaşları aztəminatlı ailənin yaşayış vəziyyəti ilə maraqlanıb, ailə üzvlərini tibbi müayinədən keçirib, ailəyə məişət əşyası və ərzaq payı veriblər.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR