22 Dekabr 2024, Bazar

İnsanların sosial müdafiəsinin gücləndirilməsi muxtar respublikada dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. İqtisadiyyatda əldə olunmuş yüksək göstəricilər sosial sahənin inkişafına, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına stimul olur. Son illər muxtar respublikada aztəminatlı ailələrin sosial hüquqlarının təmin olunması, maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər daha intensiv xarakter alıb. Bununla yanaşı, ünvanlı sosial yardımların verilməsi aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasına böyük töhfələr verir. Bu yardımın təyinatı zamanı ünvanlılıq, şəffaflıq və ədalətlilik prinsiplərinə xüsusi diqqət yetirilir. Bundan əlavə, qeyd etmək lazımdır ki, mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkilir, belə ailələrin sosial problemlərinin aradan qaldırılması üçün lazımi tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri, B.Abbasov 100 ünvanında yaşayan aztəminatlı, II qrup əlil İlqar Əsgərovun ailəsinə baş çəkilib. Adıçəkilən təşkilatların əməkdaşları ailənin yaşayış vəziyyəti ilə maraqlanıb, ailə üzvlərini tibbi müayinədən keçirib, ailəyə məişət əşyası və ərzaq payı veriblər.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR