22 Dekabr 2024, Bazar

Dövlət gənclər siyasətinin əsas prioritet istiqamətlərindən biri də gənclərdə intellektual bilik və bacarıqların yaranması və inkişaf etdirilməsidir. Son illərdə ölkədə intellektual hərəkatın inkişafı və Azərbaycan gənclərinin beynəlxalq intellektual hərəkata qoşulmasına şəraitin yaradılması kimi önəmli məsələlər diqqətdən kənarda qalmamışdır. Bu məqsədlə gənclər və yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə Azərbaycan çempionatları, “Xəmsə” milli intellektual oyunu üzrə I Dünya Çempionatı, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan çempionatları, Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda “Breyn Rinq” intellektual oyunu üzrə beynəlxalq turnirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyəti ilə birgə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş I Zəka Oyunları Festivalı keçirəcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev qəzetimizə məlumat verib.

Naxçıvan Muxtar Respublikasında yaşayan gənclər arasında keçiriləcək I Zəka Oyunları Festivalı gənclərin intellektual biliklərinin inkişafına xidmət edir. Layihənin əsas məqsədi muxtar respublikada intellektual oyunlar hərəkatının inkişafına yardım göstərmək, gənclərin bu sahəyə olan marağını artırmaq, onlarda intellektual bilik və bacarıqların inkişafına köməklik göstərməkdir. Eyni zamanda gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə yardım etmək, gənc­lər arasında maarifçiliyi təbliğ etmək, belə yarışların keçirilməsinə təkan vermək, intellekt sahiblərini aşkar etmək, gələcəkdə ölkə və beynəlxalq səviyyədə keçiriləcək intellektual yarışlarda onların muxtar respublikamızı layiqincə təmsil etməsinə dəstək verməkdir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunan layihə gənclərin intellektual bilik və bacarıqlarının inkişafına, onların bu sahəyə olan marağının artırılmasına, gənclər arasında maarifçiliyin təbliğinə, intellekt sahiblərinin aşkara çıxarılmasına, ölkə və beynəlxalq səviyyəli turnirlərdə gənclərimizin iştirakının artırılmasına, Naxçıvan Muxtar Respublikasında intellektual sahədə həyata keçirilən fəaliyyətə köməklik məqsədi daşıyır.
İki ay davam edəcək layihədə yaşı 14-dən 29-dək olan gənclər 6 nəfərlik komandalar şəklində iştirak edəcəklər. Layihə çərçivəsində gənclər arasında “Nuh Yurdu”, “Nə? Harada? Nə zaman?” və “Breyn Rinq” intellektual oyunları keçiriləcəkdir. Qalib komandalar və intellektual yarışlarda fərqlənən komandalar təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.

 Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR