22 Dekabr 2024, Bazar

Muxtar respublikada iqtisadiyyatın sürətli inkişafı, sosial sahələrə diqqətin artırılması, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər nəticəsində yeni iş yerlərinin açılması, adambaşına düşən gəlirlərin ilbəil artması əhalinin, o cümlədən hər bir ailənin sosial vəziyyətinin yaxşılaşması üçün zəmin yaratmışdır. Qeyd olunanlar hazırda muxtar respublikada dövlət uşaq müəssisələrində dövlət himayəsində təhsil və təlim-tərbiyə alan uşaqların bu müəssisələrə düşməsinin qarşısının alınmasına, ailə mühitində inkişafının təmin edilməsinə geniş imkanlar yaradır.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” təsdiq edilmişdir. Proqramın əsas məqsədi Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqlarına dair” Konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində xoşbəxtlik, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləməsinin təmin edilməsindən ibarətdir.
Sevindirici haldır ki, muxtar respublikada dövlət uşaq müəssisələrində atılmış uşaq yoxdur, hər iki valideynini itirmiş və ya valideyn himayəsindəm məhrum olmuş uşaqlar yaxın qohumlarının himayə və qəyyumluğunda yaşayırlar.

Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının IV hissəsinin 21-ci bəndinə uyğun olaraq, cari ilin əvvəlində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən monitorinq keçiriləcək uşaq müəssisələrinin siyahısı və ekspert qrupu təsdiq olunmuşdur. Ekspert qrupu tərəfindən gözdən əlil uşaqlar üçün xüsusi ibtidai məktəbdə, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, Ordubad şəhərindəki M.Füzuli adına tam orta internat məktəbində hər rübdə bir dəfə olmaqla monitorinq keçirilmişdir. Monitorinq zamanı aşkarlanan çatışmazlıqlarla bağlı müəssisələrin rəhbərlərinə tövsiyələr verilmiş, zərərli vərdişlər və uşaq hüquqları barədə uşaqlar arasında maarifləndirici söhbətlər aparılmışdır.
İlin sonuna qədər ekspert qrupu tərəfindən analoji tədbir davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR