22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda yaşayan uzunömürlü insanların sosial problemlərinin həlli, onların həyat səviyyələrinin yüksəldilməsi, habelə yubiley yaşlarının, uzunömürlü ailələrin “gümüş“, “qızıl“ və “brilyant“ toylarının qeyd olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə sentyabrın 30-da muxtar respublikanın ən uzun­ömürlü, 116 yaşlı Şərur rayon sakini Hümbətova Qönçə Hüseynqulu qızı ilə görüşün keçirilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Qönçə Hümbətova 1 iyul 1898-ci ildə Vedi rayonunun Qədirli kəndində anadan olub. 1905-ci ildə ermənilərin Qədirli kəndini yandırmasından sonra anası ilə Naxçıvana gələrək burada məskunlaşıblar. Üç əsrə şahidlik edən Qönçə Hümbətovanın bir oğlu, 4 nəvəsi, 8 nəticəsi, 3 kötücəsi var.

Görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları çıxış edərək bildiriblər ki, muxtar respublikamızda uzun­ömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması daim dövlətimizin diqqət mərkəzindədir. Onlara müxtəlif sosial xidmətlər göstərilir, sağlamlıqları qayğısına qalınır, onların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir. Mütəmadi olaraq onlara evlərində baş çəkilir, sosial problemləri yerindəcə həll olunur.
Qönçə Hümbətova ona göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda muxtar respublikanın ən yaşlı sakininə hədiyyələr təqdim olunub.
Məlumat üçün qeyd edək ki, hazırda muxtar respublikada yaşı yüz və yüzdən yuxarı olan 24 ahıl vətəndaş yaşayır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR