22 Dekabr 2024, Bazar

Gömrük orqanları tərəfindən daxili bazarın kənar təsirlərdən qorunması, yerli istehsalın stimullaşdırılması məqsədilə kütləvi yığım dövründə analoji kənd təsərrüfatı məhsullarının xaricdən gətirilməsi məhdudlaşdırılır. Yerli istehsalı daxili tələbatı ödəyən mallar ayrı-ayrı vətəndaşlar tərəfindən şəxsi istehlak normasından artıq həddə, o cümlədən satış məqsədilə gətirildiyi hallarda həmin məhsullar gömrük sərhəd-buraxılış məntəqələrində saxlanılır və barəsində müvafiq tədbirlər görülür. Gömrük anbarlarında müvəqqəti saxlanc müddəti bitmiş məhsulların yararsız hala düşməsinin qarşısını almaq, müxtəlif qapalı müəssisələrə, hərbi hissələrə diqqət və qayğı göstərmək məqsədilə belə mallar vaxtaşırı olaraq müxtəlif qurumlara təhvil verilir.

Bu tədbirlərin davamı olaraq, daxili bazarın qorunması məqsədilə gömrük sərhəd-buraxılış məntəqələrində saxlanılmış 900 kiloqram kartof, 110 kiloqram soğan və sarımsaq, 150 kiloqram kələm, 65 kiloqram pomidor və 75 kiloqram üzüm aktlaşdırılaraq Daxili Qoşunların “N” hərbi hissəsinə gətirilmiş, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə bu hərbi hissəyə təhvil verilmişdir.
Hərbi hissənin zabiti, baş leytenant Orxan Seyidov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq etmiş, bu cür tədbirlərin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını vurğulamışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR