22 Dekabr 2024, Bazar

Sədərək rayonunda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilmişdir.

Pensiya siyasəti, sosial sığorta qanunvericiliyi və sosial sığorta sistemində fərdi uçotun tətbiqi məsələlərinə həsr olunan tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımov açaraq ölkəmizdə həyata keçirilən pensiya islahatlarından danışmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Yaşar Məmmədov, İsmayıl Həsənov və Ağa Həsənov çıxış edərək sosial sığorta qanunvericiliyindən, məcburi dövlət sosial sığorta haqlarının “onlayn ödəmə” sistemi vasitəsilə ödənilməsindən, sosial sığorta sistemində fərdi uçotun tətbiqindən, pensiyaların təyinatı və ödənişinin müasir üsullarla həyata keçirilməsindən danışmışlar.
Qeyd olunmuşdur ki, son illər ərzində sosial sığorta sahəsinin sürətli inkişafı bu sahədə elektron xidmətlərin tətbiqini zəruri etmişdir. Elektron xidmətlərdən biri olan məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi xidməti vasitəsilə sığortaedənlər məcburi dövlət sosial sığorta vəsaitlərini onlayn həyata keçirə bilərlər. Belə ki, www.dsmf.nakhchivan.az saytına daxil olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri plastik kartlar vasitəsilə məcburi dövlət sosial sığorta haqlarını tam şəkildə ödəyə bilərlər.

Fərdi uçot sisteminin əhəmiyyətindən də bəhs edilən tədbirdə qeyd edilmişdir ki, fərdi uçot sisteminin əsas məqsədlərindən biri sığortaolunanların gələcəkdə alacaqları pensiyaların hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə şərait yaratmaqdır. Fərdi uçotla bağlı yaradılmış bazadan istifadə etməklə sosial sığorta iştirakçıları haqqında məlumat almaq mümkündür. Bu da, öz növbəsində, sığortaolunanın pensiyaya çıxacağı haqqında dəqiq proqnozların verilməsinə, sığortaolunanlar və sığortaedənlər tərəfindən ödənilməli və ödənilmiş olan məcburi dövlət sosial sığorta haqlarına daha asan və çox vaxt sərf etmədən nəzarət etməyə imkan verir.
Sədərək rayonunda sığorta-pensiya sistemi ilə əlaqədar görülən işlər haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsinin müdiri Yaqubəli Vəliyev tədbir iştirakçılarına məlumat vermişdir.
Sonda fond tərəfindən yeni əmək fəaliyyətinə başlayan bir qrup vətəndaşa onların fərdi uçot sistemində qeydiyyata alındığını və onlar üçün fərdi şəxsi hesab açıldığını təsdiq edən sosial sığorta şəhadətnaməsi verilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR