22 May 2024, Çərşənbə

Naxçıvan Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib. Dövlət Himnimiz səsləndirildikdən sonra gənc əsgərlər təntənəli surətdə Vətənə sədaqət andı içərək ordu sıralarına tamhüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olublar.
Polkovnik Mübariz Rzayev hərbi and içən əsgərləri təbrik edib, xidmətlərində uğurlar arzulayıb.
Gənc əsgərlər adından çıxış edən Xeybər Abbaszadə müzəffər Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyduğunu bildirib, ölkəmizin ərazi bütövlüyü uğurunda canını və qanını əsirgəməyən igid oğullarımız kimi Vətəni qoruyacaqlarına söz verib.

General-mayor Fazil Ağalarov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki,Vətənə sədaqət andı içən gənc əsgərlər keçirilən məşğələlərdə nümunəvi iştirak edərək növbəti xidmət yerlərinə yenilməz döyüşçü kimi yollanacaqlar.
Qeyd edək ki, “Naxçıvan” Əlahiddə Sərhəd Dviziyasında və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında da gənc əsgərlər Vətənə sədaqət andı içiblər. Andiçmə mərasimləri şəxsi heyətin təntənəli keçidləri ilə başa çatıb.

Kənan CƏLİLOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR