22 Dekabr 2024, Bazar

“Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər)” birinci mərhələsinin uğurlu icrası işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması ilə nəticələnib. Muxtar respublikamızda da həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir”. Bu fikirlər dünən Ordubad rayonunda keçirilən əmək yarmarkasında səsləndirilib.

Tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov açaraq bildirib ki, bir neçə ildir, mərkəzin əməkdaşları bölgə sakinlərinin məşğulluğunun təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirir, rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində olan boş iş yerləri haqqında məlumatlar toplayırlar. Həmin iş yerləri məşğulluğun təmin edilməsində ən çevik vasitə olan əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim olunur. Bugünkü əmək yarmarkası da işaxtaran vətəndaşların, xüsusilə gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin edilməsi istiqamətində ardıcıl olaraq həyata keçirilən mühüm tədbirlərdən biridir.
İşaxtaran vətəndaş Səmayə Həsənova işaxtaranlara, xüsusilə gənc­lərə istəklərinə uyğun iş yeri tapmaq üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirib.
Əmək yarmarkasında Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış edərək muxtar respublikamızda, eləcə də Ordubad rayonunda əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. Yarmarkaya 19 dövlət və özəl təşkilatdan 228 boş iş yeri çıxarılmışdı. Həmin gün 24 nəfərə göndəriş verilib.
Bu gün əmək yarmarkası Babək rayonunda keçirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR