22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Film Fondunda muxtar respublika Vergilər Nazirliyi tərəfindən nağdsız hesablaşmalarla bağlı maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ona tabeli müəssisə və təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə muxtar respublika Vergilər  Nazirliyinin əməkdaşı Mirhüseyn Seyidov açaraq bildirib ki, nağdsız ödəniş pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilən hesablaşmadır.

Nağdsız ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azalmasında, nəticədə isə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır. Hazırda dünyanın aparıcı ölkə­lərində insanlar ödənişləri, əsasən, plastik kartlar vasitəsilə həyata keçirirlər. Azərbaycanda, eləcə də muxtar respublikada bu istiqamətdə müsbət tendensiya müşahidə edilməkdədir və plastik kartların istifadəçiləri durmadan artır.
Qeyd edilib ki, plastik kartlar və ya ödəmə kartları vəsait ödənilməsində istifadə edilən müasir texniki vasitədir. Plastik kartın əsas üstünlükləri müştəri üçün istifadə rahatlığı, pulların itirilməsi riskinin azalması, avtomatik konvertasiya və maliyyə cəlbediciliyi, faizlərin ödənilməsi, hesabın uzaqdan idarə edilməsidir. Eyni zamanda plastik kart, sahibinə fərqli ödənişlərin eyni vaxtda evdən və ya iş yerindən ayrılmadan yerinə yetirilməsi, vergi və rüsumların, kommunal xərclərin internet vasitəsilə ödənilməsi, mal və xidmətlə­rin internet vasitəsilə alışı imkanı verir.
Tədbirdə çıxış edən  Vergilər Nazirliyinin əməkdaşı Rəşad Əliyev bildirib ki, ödəniş kartı ilə ticarət mərkəzlərində, mağazalarda, iaşə obyektlərində aparılan ödənişlər elektron ödəniş aləti olan POS-terminal vasitəsilə həyata keçirilir. POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş avadanlıqdır. POS-terminal həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün çox faydalıdır. POS-terminal üzrə əməliyyatlar həyata keçirilərkən, bir qayda olaraq, iki nüsxədə qəbz çap olunur. İmzalanmış qəbzin bir nüsxəsi təsərrüfat subyektində qalır, digəri isə kart sahibinə verilir. Bu qəbzin alınması malın dəyişdirilməsi, geri qaytarılması və istehlakçıların hüquqlarının müdafiəsi baxımından zəruridir. Bu gün muxtar respublikada idarə, müəssisə və təşkilatlara ödənilən rüsumların, kommunal haqların və ticarət obyektlərində aparılan əməliyyatlara görə ödənişlərin POS-terminal və internet vasitəsilə ödənilməsi reallığa çevrilib.
Sonra vergi əməkdaşları tərəfindən tədbir iştirakçılarına plastik kartların növləri, ticarət, xidmət obyektlərində POS-terminaldan istifadə qaydaları,  internet üzərindən kommunal xərclərin ödənilməsi ilə bağlı onlayn rejimdə məlumat verilib, nağdsız ödənişlərin üstünlüklərindən bəhs edən reklam çarxı nümayiş etdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR