22 Dekabr 2024, Bazar

Xəbər verdiyimiz kimi, bu il fevral ayının 15-dən etibarən Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası muxtar respublikanın 90 illik yubiley tədbirləri çərçivəsində “Təbiətə məktəbli töhfəsi” adlı aksiyaya başlamışdır. Aksiya aprel ayının 20-dək davam etdirilmişdir. Dünən sözügedən aksiyaya yekun vurulmuş və bu münasibətlə keçirilən tədbiri kitabxananın direktoru Kamal Axundov açaraq çıxış etmişdir.
Sonra kitabxananın şöbə müdiri Naibə Abbasova bildirmişdir ki, ötən iki ay ərzində aksiyada 7 kitabxana, 30 tam orta məktəb, bütövlükdə, 8 min nəfər məktəbli iştirak etmişdir. Aksiyada hər biri ən azı 20 kvadratmetr ərazini zəhərləmək gücündə olan 12 min ədəd təbiətə zərərli olan batareya toplanaraq məhv edilmək üçün aksiya komissiyasına təhvil verilmişdir. Tullantıya çevrilən batareyalarda müxtəlif ağır metallar olur ki, onlar da hətta kiçik miqdarda belə, insan sağlamlığına ziyan vurur. Bunlar sink, manqan, kadmium, nikel, civə və başqalarıdır. Batareyalar atılandan sonra korroziyaya uğrayır, tərkibindəki ağır metallar torpağa və qrunt sularına keçir. Qrunt sularında olan bu metallar çay, göl və ya artezian sularına düşə bilər ki, həmin sulardan da içməli su kimi istifadə olunur.
Sonda toplanan batareyalar məhv edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilmişdir.
Qeyd edək ki, aksiyada fəal iştirak edən şəhər və rayon kitabxanalarının balaca oxucuları və məktəblilər hədiyyələr, diplomlar və fəxri fərmanlarla mükafatlandırılmışlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR