22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 15 iyul 2011-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında növbəti elektron ödənişli xidmətlər istifadəyə verilib.  
Yeni xidmətlərə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin və “Naxçıvanqaz” İstehsalat Birliyinin əhaliyə satdığı enerjinin və qazın ödəniş haqlarının elektron formada ödənilməsi daxildir. Nazirliyin mütəxəssisləri tərəfindən hər iki müəssisənin elektron bazası formalaşdırılaraq avtomatlaşdırılıb. Bundan sonra muxtar respublika əhalisi elektrik enerjisi və qaz sərfiyyatına görə borclarını öyrənə və real vaxt rejimində plastik kartlar vasitəsilə internet üzərindən ödəyə bilərlər.

Bu sistem abunəçilərin onlayn rejimdə çevik ödəmə prosesini həyata keçirməyə imkan verir. Bunun üçün abunəçilər www.e-hokumet.nmr.az saytına daxil olaraq onlayn ödənişlər bölməsindən həmin xidməti seçib, əgər varsa, ev telefonunun nömrəsini, yoxdursa, onlara verilmiş 9 rəqəmli kodu yazaraq ödəniş edə bilərlər.
Qeyd edək ki, “Elektron hökumət” portalı üzərindən ilk onlayn rejimdə ödənişlərə 2013-cü ilin sentyabr ayından rabitə xidməti haqlarının ödənilməsi və genişzolaqlı internet xidmətlərinin balansının artırılması ilə başlanılıb.
Qeyd edək ki, yaşadığımız həyatın artan tələblərini təmin etmək üçün müasir dövrdə vaxt çox məhduddur və buna görə ondan maksimum qənaətlə istifadə etməyə çalışırıq. Bu amil sürətlə inkişaf edən elektron ödəmə sistemlərinin qurulmasını və ondan istifadəni qaçılmaz edir, eyni zamanda bu sahənin yüksələn xətlə inkişafına imkan yaradır. Elektron pulköçürmə sistemləri onlayn ödəməni günün istənilən vaxtında həyata keçirməyə imkan verir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR