22 Dekabr 2024, Bazar

5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar olaraq dünən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında gənclərin iştirakı ilə aksiya keçirilib.
Aksiya zamanı gənclərə bukletlər paylanıb. Gənclər sözügedən parkın ərazisindəki yaşıllıqlara aqrotexniki qulluq göstərib, ərazini məişət tullantılarından təmizləyiblər. Tədbirdə gənclərə Zəngəzur Milli Parkının bitki örtüyü, ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi ilə bağlı ətraflı məlumat verilib, təbiətin bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün muxtar respublikada həyata keçirilən tədbirlərdən söhbət açılıb. Qeyd edilib ki, bu gün muxtar respublikamızda ətraf mühitin mühafizəsi diqqət mərkəzindədir, yeni yaşıllıq zolaqlarının və meşə massivlərinin salınması işi uğurla davam etdirilir, təbii ehtiyatların qorunması üçün məqsədyönlü tədbirlər görülür.

Məlumat üçün bildirək ki, 50 nəfər yeniyetmə və gəncin iştirak etdiyi aksiyanı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyi birgə təşkil edib. Tədbirin keçirilməsində məqsəd gənclərin təbiətə marağını artırmaq, onları bənzərsiz təbiət abidələri ilə tanış etməklə ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaq olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR