22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlam­lıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­qramı” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də qarşısında bir sıra vəzifələr qoyub. Bu baxımdan komitə aidiyyəti təşkilatlarla birgə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin bu sahədə peşəkarlıq səviyyələrinin artırılması məqsədilə rübdə bir dəfə kurslar təşkil edir.
Komitədə təşkil olunan növbəti tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Zeynal Hümbətov açıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli çıxış edərək bildirib ki, dövlət pro­qramından irəli gələn vəzifələrin uğurlu icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilmələrində və cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrində mühüm rola malikdir. Bu qəbildən olan uşaqların erkən yaşlarında sağlam uşaqlarla birgə təlim-tərbiyə almaları onların inkişafına müsbət təsir göstərir. Ailə və təhsil müəssisələri arasında sıx işbirliyi də, nəticə olaraq, bu uşaqların psixologiyasında yaxşı çalarların formalaşmasında ciddi vasitədir. Bu baxımdan məktəbəqədər təhsil müəssisələrində çalışan metodist, tərbiyəçi-müəllimlər uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə sıx əlaqə saxlamalı, bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına daha çox səy göstərməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR