22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələri tərəfindən “Məcburi dövlət sosial sığorta haqları, sığorta-pensiya sisteminin mahiyyəti, sosial sığorta sistemində fərdi uçotun təşkili, əmək pensiyalarının təyinatı və ödənişi sahəsində elektron xidmətlərin tətbiqi” mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir DSMF-nin Culfa Rayon Şöbəsi tərəfindən Göydərə kəndində keçirilmişdir.
Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmam­əliyev açaraq onun əhəmiyyətindən danışmışdır.
DSMF-nin Culfa Rayon Şöbəsinin müdiri Vüsal Məmmədzadə çıxış edərək sosial sığortahaqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyətindən, elektron xidmətlərin tətbiqinin sosial müdafiə sistemində təsirindən danışmışdır. Qeyd edilmişdir ki, internet vasitəsilə www.dsmf.nakhchivan.az saytına daxil olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri plastik kartlar vasitəsilə məcburi dövlət sosial sığorta haqlarını tam şəkildə ödəyə bilərlər. Bu amil vaxta və vəsaitlərə qənaət etmək, sürətli ödəniş etmək və həmçinin təhlükəsizlik baxımından sığortaedənlərə rahatlıqla bərabər, məsafədən maliyyə idarəetməsini həyata keçirməyə imkan yaradacaqdır. Sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar olduğunu nəzərə alaraq, vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks edilməsində maraqlı olmalıdırlar.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarə­etmənin səmərəliliyinin artırılması, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi, əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş 20 elektron xidmətdən istifadəyə verilmiş 10 elektron xidmətin sayı 2015-ci ilin sentyabr ayından etibarən 13-ə çatdırılmış, 2015-ci ilin ok­tyabr ayında isə daha iki yeni xidmət istifadəyə verilmişdir.
“Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” və “Ailə-kəndli təsərrüfatının onlayn uçota alınması” xidmətləri müvafiq olaraq, ailə-kəndli təsərrüfatlarının və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin sığortaedən kimi uçota alınaraq onlara sığortaedənin uçot nömrəsinin verilməsini nəzərdə tutur. Bu xidmətlərin istifadəyə verilməsi sığortaedənlərin uçotaalınma prosesinə sərf olunan vaxtın minimuma endirilməsi ilə yanaşı, bu prosesin daha da sadələşdirilməsi və təkmilləşdirilməsi məqsədini daşıyır.
Diqqətə çatdırılmışdır ki, fondun internet səhifəsində yaradılmış elektron xidmətlər bölməsinə daxil olan istənilən vətəndaş öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə pensiyasını hesablaya bilər.
Culfa rayon Göydərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İlham Canməmmədov onlara ətraflı məlumat verdikləri üçün tədbirdə iştirak edən torpaq mülkiyyətçiləri və fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər adından minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR