23 Dekabr 2024, Bazar ertəsi

Bir vaxtlar saatlarla, günlərlə təbii qaza və elektrik enerjisinə həsrət qalan muxtar respublikamızda bu problem, neçə illərdir ki, öz həllini yüksək səviyyədə tapıb. Bu gün isə yeni texnologiyaların tətbiqi günün reallığına çevrilib.
Bu məqsədlə həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılmasına başlanılması naxçıvanlılar tərəfindən onlara göstərilən daha bir qayğı kimi dəyərləndirilir. Qeyd edək ki, bu sayğacların əsas xüsusiyyəti abonentlərin elektrik enerjisi və təbii qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən aldığımız məlumata görə, ötən ilin iyul ayından ilkin olaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, Əziz Əliyev, “Təbriz”, Atatürk, “İstiqlal” küçələrində, “Çənlibel”, “Qoçüstü” məhəllələrində, Əliabad qəsəbəsində və digər ünvanlarda yerləşən təmir edilmiş ictimai yaşayış binaları yeni sayğaclarla təchiz olunub. İndiyədək 10 min 400-dən çox sayğac quraşdırılıb.

Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılması da davam etdirilir. “Naxçıvanqaz” İstehsalat Birliyindən aldığımız məlumata görə, indiyədək Naxçıvan şəhərində 9800-dən artıq sayğac quraşdırılıb. Sayğacların kənar müdaxilələrdən mühafizəsi də diqqətdə saxlanılıb. Bu məqsədlə qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilərək quraşdırılır.

Xəbərlər şöbəsi

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR