23 Dekabr 2024, Bazar ertəsi

Avqustun 4-də Şərur rayonunun Dərəkəndində yaşayan Həsənovlar ailəsi dünyaya gələn 3 uşağın sevincini yaşayıb. Uşaqlardan ikisi qız, biri oğlandır. Naxçıvan Doğum Mərkəzində dünyaya göz açan uşaqların və ananın səhhəti qənaətbəxşdir.
Avqustun 6-da bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov üçəm uşaqların dünyaya gəlməsi münasibətilə ailəni təbrik edib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildiriblər ki, muxtar respublikada bərqərar edilmiş sosial-iqtisadi inkişafı region əhalisinin maddi vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, ana və uşaqların sosial müdafiəsinin təmin olunmasında da görmək mümkündür. Dövlətimiz tərəfindən ana və uşaqların sağlamlıqlarının qorunması, onların müalicəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bunlar insanlar tərəfindən onlara göstərilən qayğı kimi dəyərləndirilməklə yanaşı, həm də tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə və demoqrafik vəziyyətin yaxşılaşmasına müsbət təsirini göstərir.
Tədbir iştirakçıları ailəyə hədiyyələr təqdim ediblər. Qeyd edək ki, ailənin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ünvanlı sosial yardım təyin olunub. Anaya kömək məqsədilə uşaqlara baxmaq üçün əlavə həkim ayrılıb.
Yeni doğulan uşaqların anası Lalə Həsənova onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Telli MUSTAFAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR