23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytının (www.dsmf.nakhchivan.az) yaradılması məcburi dövlət sosial sığortahaqqı ödəyicilərinin məcburi dövlət sosial sığorta haqlarının plastik bankomat kartları vasitəsilə və ya banklarda nağd qaydada onlayn ödənilməsinə, vətəndaşların fonda elektron müraciət etmələrinə və digər elektron xidmətlərin fəaliyyət göstərməsinə geniş imkanlar açıb.

Fonddan aldığımız məlumata görə, fondda və onun yerli orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş şəraiti təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılıb və informasiya texnologiyalarının imkanlarından istifadə etməklə, demək olar ki, fondun bütün sahələri avtomatlaşdırılıb.

Bunun da nəticəsində vətəndaşlara, əmək pensiyaçılarına, sığorta­edənlərə və sığortaolunanlara göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşdırılıb. Nəticədə, məcburi dövlət sosial sığortası sahəsində şərti yığımı təmin edəcək sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə məlumat bazasının yaradılması, bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması tam təmin olunub.
Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (www.e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsinə (www.dsmf.nakhchivan.az) 21 adda elektron xidmət inteqrə edilib ki, hal-hazırda bunların 16-dan istifadə olunur. Bu elektron xidmətlərdən ən maraqlısı isə “Pensiya kalkulyatoru” elektron xidmətidir.
Artıq android əməliyyat sistemi olan smartfon və planşetlərdən istifadə edən istənilən şəxs “google play” mağazasına daxil olmaqla, pulsuz olaraq “Pensiya kalkulyatoru” proqramını asanlıqla yükləyə və gələcəkdə əldə edəcəyi pensiyanın məbləğini hesablaya bilər. Tələb olunan məlumatlar doldurulduqdan sonra mobil proqramda göstərilən kalkulyator işarəsinə toxunmaqla açılan pəncərədə pensiya kapitalı, pensiyanın baza və sığorta hissəsi, aşağıda isə pensiyanın məbləğini öyrənmək mümkündür.
Məlumatda o da bildirilir ki, fond tərəfindən avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidlə bağlı xüsusi proqram təminatı vasitəsilə 2006-2016-cı illər üzrə sığortaolunanlar haqqında məlumatlar, həmçinin sığortaolunanların 2006-cı il 1 yanvar tarixinədək bütün əmək fəaliyyəti dövrləri onlar üçün fondda açılmış fərdi şəxsi hesablara işlənilib.
“Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 yanvar tarixli Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Həmçinin Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 yanvar tarixli Sərəncamına əsasən, əmək pensiyasının sığorta hissəsinin məbləği 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı ilin 1 yanvar tarixinə 4 faiz artırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR