23 Dekabr 2024, Bazar ertəsi

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslərə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar aşılanır, brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur, istedadlarının aşkara çıxarılması məqsədilə tədbirlər keçirilir, hər ay “Könül işığı” adlı brayl jurnalı nəşr edilir, habelə audio kitabxana xidməti göstərilir. Audio kitabxananın kataloqu daim yeni ədəbiyyatlarla dinləyicilərin müraciətinə əsasən zənginləşdirilir. Hazırda kitabxanada 1191 audiokitab mövcuddur və poeziya, xarici ədəbiyyat, audiotamaşa, folklor, milli musiqi və digərləri olmaqla, ümumilikdə, 17 bölmə üzrə 485 dinləyiciyə xidmət göstərilir.

Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə noyabrın 10-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio kitabxananın fəal dinləyicilərinin iştirakı ilə görüş keçirilib. Tədbirdə 5 nəfər görmə məhdudiyyəti olan fəal dinləyiciyə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, mərkəzin “258” nömrəli telefon xətti 24 saat ərzində görmə məhdudiyyəti olan şəxslərin xidmətindədir. Dinləyicilər ev telefon nömrələrini qeydiyyatdan keçirdikdən sonra “258” nömrəli xidmət xəttinə zəng etməklə audiokitabları dinləyə bilərlər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR