23 Dekabr 2024, Bazar ertəsi

Beynəlxalq Qadınlar Günü münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova və Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova qadınları bayram münasibətilə təbrik edib, onlara cansağlığı arzulayıblar.

Vurğulanıb ki, qadınların hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Bu sırada xüsusi qayğıya ehtiyacı olan qadınlara müxtəlif sosial xidmətlərin göstərilməsini, məhdud fiziki imkanlı və evdar qadınların müvəqqəti məşğulluqlarını təmin etmək məqsədilə sosialyönümlü layihələrin həyata keçirilməsini, onların əl işlərinin satışına köməklik göstərilməsini qeyd etmək olar. Bu kateqoriyadan olan şəxslər mütəmadi olaraq evlərində ziyarət edilir, onların tibbi müayinədən keçmələri təmin olunur, məişət şəraitləri yaxşılaşdırılır.
Qeyd olunub ki, Ahıllar evinin qadın sakinlərinə də yüksək qayğı göstərilir, onların sosial reabilitasiyası və sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılır.
Tədbirdə Ahıllar evinin qadın sakinlərinə bayram hədiyyələri və gül dəstələri təqdim edilib.
Qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR