23 Dekabr 2024, Bazar ertəsi

7 aprel–Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Sağlam həyat tərzi gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd gənclərə sağlam həyat tərzini aşılamaq və zərərli vərdişlərin törətdiyi fəsadlar haqqında ətraflı məlumat vermək idi.
Gənclərin iştirakı ilə keçirilən tədbiri komitə sədrinin müavini Aytən Məmmədova açaraq “Sağlam həyat tərzi və ailə dəyərləri” mövzusunda çıxış edib. Bildirilib ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən, eyni zamanda gənc­lərin sağlamlığından çox asılıdır. Məhz buna görədir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır.

Qeyd olunub ki, sağlam ailənin əsasını, təməlini sağlam ailə üzvləri təşkil edir. Ailə üzvləri, yəni valideynlər və övladlar fiziki cəhətdən sağlam olmalıdır. Gələcək nəslimizin sağlam olması üçün bəs gənclərin üzərinə hansı vəzifələr düşür? Gənclərimizin sağlamlıqlarının qorunması üçün, ilk növbədə, onlar sağlam həyat tərzi keçirməlidirlər.
Vurğulanıb ki, ölkəmizdə əhalinin, xüsusilə də gənclərin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən olaraq daim dövlətin diqqət mərkəzindədir. Son illər muxtar respublikamızda da səhiyyə sahəsində aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülüb, tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, yeni-yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Konsultativ diaqnostik poliklinika şöbəsinin müdiri Güllü Kazımova “Gənc­lərin sağlamlığı gələcəyin etibarlı təminatıdır” mövzusunda çıxış edərək sağlam həyat tərzi ilə bağlı ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, müvafiq mövzuda broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR