23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı hazırlanıb. Məlumat bankına müvafiq məlumatları daxil edəcək mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri üçün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində seminar keçirilib.

Tədbiri komitə aparatının rəhbəri Zeynal Hümbətov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının fəaliyyət göstərməsi ayrıca müddəa kimi yer alıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” təsdiq edilib.

Vurğulanıb ki, elektron məlumat bankının istifadəçiləri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər, Ədliyyə, Təhsil, Səhiyyə, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Miqrasiya Xidməti, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarıdır.
Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin əməkdaşı Şahin İsmayılov seminar iştirakçılarına elektron məlumat bankının istifadə qaydaları ilə bağlı əyani şəkildə ətraflı məlumat verib. Bildirilib ki, uşaqlar haqqında məlumat bazası elektron məlumat bankının mərkəzi serverində yerləşir və bura hər bir uşaq barədə fərdi məlumatlar daxil edilir. Elektron məlumat bankına uşaq barəsində məlumatlar daxil edən mərkəzi və yerli icra hakimiyyəti orqanları yalnız müəyyən olunmuş formaya uyğun elektron anketin öz səlahiyyətlərinə aid hissələri üzrə bəndləri doldururlar.
Vurğulanıb ki, elektron məlumat bankının idarə olunmasına, məlumat bankına məlumatların yerləşdirilməsinə və ondan istifadəyə nəzarəti məlumat bankının administratoru həyata keçirir. Elektron məlumat bankının fasiləsiz fəaliyyətinin və daxil edilən məlumatların mühafizəsinin təmin edilməsi, məlumatların işçi stansiyalardan ötürülməsinə və işçi stansiyalarla bağlantıların təmin edilməsinə nəzarət, elektron məlumat bankında qeydiyyata alınmış uşaq barəsində məlumatları mərkəzi serverə daxil etmək, mərkəzi serverə qoşulmaq üçün müvafiq bağlantı parametrlərini vermək, elektron məlumat bankının mühafizəsini təmin etmək məqsədilə istifadəçinin adının, şifrəsinin və digər parametrlərinin dəyişdirilməsi üçün əməliyyat aparmaq, müvafiq statistik məlumatlar hazırlayaraq təhlil etmək administratorun əsas vəzifəsidir. Texniki problemlər yarandıqda, serverdə virus müşahidə edildikdə və səhv məlumatlar göndərildikdə administrator işçi stansiyasının fəaliyyətini məhdudlaşdırır və ya dayandırır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR