23 Dekabr 2024, Bazar ertəsi

Martın 15-də Novruz bayramı münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib. Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək sakinləri Novruz bayramı münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, muxtar respublikada bütün sahələrdə müşahidə olunan dinamik inkişaf və tərəqqi xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahılların və sağlamlıq imkanları məhdud şəxslərin davamlı olaraq sosial müdafiəsinin güclənməsinə, cəmiyyətə inteqrasiyasına da imkanlar açıb. Bu kateqoriyadan olan şəxslərə müxtəlif növ sosial xidmətlər göstərilir, onların müvəqqəti məşğulluqlarının təmin edilməsi məqsədilə sosialyönümlü layihələr həyata keçirilir. Eyni zamanda tənha yaşayan ahıl və məhdud fiziki imkanlı şəxslər mütəmadi olaraq evlərində ziyarət edilir, onların sosial problemləri yerindəcə həll olunur. Ahıllar arasında yaradıcılıq müsabiqələrinin, əl işlərindən ibarət sərgilərin, bayram və əlamətdar günlərdə görüşlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Bildirilib ki, Ahıllar evi sakinlərinin rahat yaşamaları üçün hərtərəfli şərait yaradılıb. Onlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidmətləri göstərilir. Novruz bayramı ərəfəsində Ahıllar evində tədbirin keçirilməsi bu qəbildən olan şəxslərə diqqət və qayğının daha bir ifadəsidir.
Tədbirin bədii hissəsində Şahbuz Rayon Mədəniyyət Evinin “Batabat” instrumental ansamblı konsert pro­qramı ilə çıxış edib.
Sonda sakinlərə bayram hədiyyələri təqdim olunub.
Ahıllar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Bayram münasibətilə həmin gün Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində sağlamlıq imkanları məhdud insanlarla görüşlər keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.
Bayram tədbirlərində, ümumilikdə, məhdud fiziki imkanlı 1000 şəxsə bayram sovqatı təqdim edilib, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərdə iştirak edə bilməyən şəxslərə isə evlərində baş çəkilib, onlara bayram hədiyyəsi verilib.
Ordubad rayonunda keçirilən bayram tədbirində isə “İnam” musiqi qrupu tədbir iştirakçıları qarşısında konsert proqramı ilə çıxış edib.
Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR