23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayında əhaliyə bütün növ pensiya və müavinətlər vaxtında ödənilmişdir. Belə ki, ötən ay məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınmaqla, 9 milyon 485 min 72 manat vəsait pensiyaçıların şəxsi hesablarına köçürülmüşdür. Həmçinin məcburi dövlət sosial sığorta alan vətəndaşların şəxsi hesabına və ya poçt ünvanına 246 min 124 manat müavinət göndərilmişdir. Bu dövrdə fondun gəlirləri 4 milyon manat proqnoza qarşı 4 milyon 646 min 230 manat həcmində olmuş və proqnoz tapşırıqlara 116,2 faiz əməl olunmuşdur.

Ötən ay “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 189 vətəndaşa əmək pensiyası təyin olunmuşdur ki, onlardan da 98-i yaşa görə, 46-sı əlilliyə görə, 45-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlardır. Ay ərzində yeni təyin olunan əmək pensiyaçılarına plastik kartların verilməsi və istifadə müddəti başa çatan plastik kartların yeniləri ilə əvəzlənməsi üçün müvafiq müvəkkil banklara 2936 kart sifarişi verilmişdir. Yeni əmək fəaliyyətinə başlayan 624 nəfər sosial sığorta şəhadətnaməsi ilə təmin edilmişdir.
Hazırda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 yanvar tarixli “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” və 2016-cı il 25 yanvar tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamlarının icrası üçün müvafiq tədbirlər həyata keçirilir. Bu ilin fevral ayından etibarən pensiyalar artımlar nəzərə alınmaqla ödəniləcəkdir.
Ötən ay elektron sənəd mübadiləsinin və idarəetmənin səmərəliliyinin artırılması istiqamətində də işlər davam etdirilmişdir. Hazırda fond tərəfindən təqdim olunan 20 elektron xidmətin 15-dən istifadə olunur. Həmçinin fond və onun yerli orqanları tərəfindən sığorta-pensiya qanunvericiliyi sahəsində təbliğat və maarifləndirmə işləri də davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR