23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəssisələrdə kadrlar üzrə mütəxəssislərin biliklərinin artırılması məqsədilə maarifləndirici kursların təşkili davam etdirilir. Fevralın 15-də Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunverici­liyin tələbləri” mövzusunda növbəti kursa başlanılıb. Kurs beş iş günü davam edəcək.
Kursa “Cahan-İnşaat”, “Əlincə Qala”, “Nur-Qida”, “Naxçıvan Sement”, “Gəmiqaya Bərəkət Qida”, “Naxçıvan Məişət Xidməti”, “Araz Holdinq LTD” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, “Naxçıvan Xalça” Açıq Səhmdar Cəmiyyətinin, “Təməl” Sənaye və Ticarət Şirkətinin və “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin tikinti materiallarının satışı mərkəzinin, ümumilikdə, 10 mütəxəssisi cəlb edilib.

Kursda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən “Əmək müqaviləsinin bağlanmasının əsasları və qaydaları”, “Əmək müqaviləsinin nümunəvi forması, onun düzgün doldurulması və ona dəyişikliklərin edilməsi qaydaları”, “Əmək müqaviləsi üzrə işəgötürən və işçinin hüquq və vəzifələri”, “Əmək münasibətləri zamanı digər sənədləşmə işlərinin qanuna müvafiq həyata keçirilməsi” və digər mövzular tədris olunur.
Yekunda kurs iştirakçılarının bu sahədə bilikləri yoxlanılacaq.
Qeyd edək ki, bu tədbir 11 yanvar 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı təşkil edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR