23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda uzun­ömürlü ailələrin yubiley tədbirlərinin, o cümlədən ailələrin gümüş, qızıl və brilyant toylarının qeyd olunması artıq ənənəyə çevrilib.
Belə ailələrdən biri də Kəngərli rayonunun Xok kəndində yaşayan Babayevlər ailəsidir. Bu il ailənin evliliklərinin 60 ili tamam olur. Onların 5 övladı, 13 nəvəsi və 18 nəticəsi var.
Aprelin 1-də Fərman Babayevin və Xanım Babayevanın evliliklərinin 60 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək ailəni evliliklərinin 60 illiyi münasibətilə təbrik edib, onlara cansağlığı və firavan həyat arzulayıblar.
Vurğulanıb ki, muxtar respublikamızda yaşayan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Uzunömürlü ailələrin yubileylərinin qeyd edilməsi muxtar respublikada ailələrimizə, o cümlədən insanlarımıza göstərilən diqqət və qayğının ifadəsidir. Belə ailələr cəmiyyətimizdə yeni qurulan gənc ailələr üçün örnəkdir.
Sonda ailəyə hədiyyələr təqdim olunub.Yubilyarlar və onların ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR