23 Dekabr 2024, Bazar ertəsi

Hər bir ölkənin, cəmiyyətin ən dəyərli varlığı insandır. Ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da əhalinin həyat və məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması demoqrafik proseslərə müsbət təsir göstərmiş, əhali artımının dinamikliyi təmin edilmişdir.

Muxtar respublikada 1 yanvar 2016-cı il tarixə əhalinin sayı bir il öncəyə nisbətdə 4 min 641 nəfər artaraq 444 min 423 nəfər olmuşdur. Hazırda muxtar respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 81 nəfər olmuşdur ki, bu da 1 yanvar 1996-cı illə müqayisədə 20 nəfər çoxdur.

1995-ci ilin sonu ilə müqayisədə əhalinin sayı 106,6 min nəfər artmışdır. Son 20 il ərzində muxtar respublikada 62,4 min nikah bağlanmış, 153,5 min uşaq doğulmuşdur.
Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölümlərin, o cümlədən 1 yaşa qədər ölən uşaqların sayını aşağı salmışdır. Əgər 1995-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfəri hesabı ilə 6 nəfər olmuşdursa, hazırda bu göstərici 4,2 nəfər təşkil edir. Hər min nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər qeydə alındığı halda, 2015-ci ildə bu göstərici 0,8 nəfər təşkil etmişdir.
Doğumun dinamik artımı muxtar respublika əhalisinin sayında gənclərin ümumi sayının artmasına müsbət şərait yaratmışdır. Əgər 1995-ci ildə gənc­lərin sayı ümumi əhalinin 22 faizini təşkil edirdisə, 1 yanvar 2016-cı il tarixə bu göstərici 30,8 faizə çatmışdır. 1995-ci illə müqayisədə gənclərin sayı 62,6 min nəfər artaraq 137 min nəfərə yaxın olmuşdur.
Bu gün muxtar respublika­­da əhalinin, xüsusən gənclərin dinamik artımı göstərir ki, əhalinin bütün qrupları arasında sağlam həyat tərzi təmin edilmiş, ailələrin sosial müdafiәsi gücləndirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR