23 Dekabr 2024, Bazar ertəsi

Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi qeyri-leqal əmək münasibətlərinin qarşısının alınmasında, sosial sığorta haqlarının artmasında, həmçinin əmək bazarının təhlilində mühüm rol oynayır. Bu mənada, “2016- 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” mühüm əhəmiyyətə malikdir.

Cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən adıçəkilən dövlət proqramının işçilərin əmək hüquqlarının təmin edilməsi bəndinin icrası ilə bağlı olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində 2 dəfə maarifləndirici kurs keçirilib və bu kurslara 20 müəssisənin kadr işləri üzrə mütəxəssisləri cəlb ediliblər. İyunun 6-da Naxçıvan Regional Peşə Tədris Mərkəzində bu istiqamətdə növbəti tədbir təşkil olunub. “Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələbləri” mövzusunda təşkil olunan kursa “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin, Babək “Şərab-2 Yeddilər ASK”, “Dizayn Beton Məmulatları Kompleksi”, “Gəmiqaya Nəqliyyat” və “Naxçıvan Sement Zavodu” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətin inşaat materialı kompleksinin, Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin, “Müasir Məkan” ət və ət məhsulları, “Damla” şirniyyat istehsalı müəssisələrinin və “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tabeliyində məişət evinin kadr işləri üzrə, ümumilikdə, 10 mütəxəssisi cəlb olunub. Kurs beş iş günü davam edəcək.
Kursda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən “Əmək müqaviləsinin bağlanmasının əsasları və qaydaları”, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları”, “Əmək müqaviləsi üzrə işəgötürən və işçinin hüquq və vəzifələri”, “Əmək münasibətləri zamanı digər sənədləşmə işlərinin qanunamüvafiq həyata keçirilməsi” və digər mövzular tədris olunur.
Yekunda kurs iştirakçılarının bu sahədəki bilikləri yoxlanılacaq.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR