23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 23-24-də Ağbulaq İstirahət Mərkəzində 45 basketbolçunun istirahəti təşkil edilib.

Mərkəzdə bu istirahət məkanı haqqında idmançılara ətraflı məlumat verərək bildiriblər ki, Ağbulaq İstirahət Mərkəzi Naxçıvanda kənd turizminin inkişaf etdirildiyi ən gözəl ünvanlardan biridir və 2013-cü ildə istifadəyə verilib. Ərazisi 3,5 hektar olan mərkəz 3 yaşayış korpusundan, 1 yeməkxana binasından ibarətdir və ikimərtəbəli 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur.
Mərkəz haqqında ümumi tanışlıqdan sonra basketbolçular nahar yeməyinə yollanıblar. Proqrama əsasən, nahardan sonra onlar müxtəlif idman yarışlarında iştirak ediblər. İdmançılar arasında təşkil olunmuş şahmat və dama turniri maraqla qarşılanıb. Daha sonra “Ağbulaq” bulağına yürüş keçirilib. Şam yeməyinin ardınca isə basketbolçular “Nuh yurdu Naxçıvan” adlı sənədli filmə baxıblar. Bununla, onlar üçün istirahət mərkəzində ilk gün başa çatıb.
Növbəti gün səhər yeməyindən sonra idmançılar üçün əyləncəli oyun və viktorinalar təşkil olunub. Daha sonra isə basketbolçular üçün vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib. Nahar yeməyindən sonra Basketbol Federasiyası idmançılarının Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
Federasiyanın üzvü Yuris Əsgərli söhbət zamanı bildirdi ki, ilk dəfə olduğum Ağbulaq İstirahət Mərkəzini belə təsəvvür etmirdim. Burada olmaq hər bir yeniyetmə üçün vacibdir. Səbəbinə gəlincə, idmançılar həm yeni dostluq münasibətləri qurur, həm də gözəl istirahət edirlər. Yaradılan bu şəraitə görə bütün idmançı dostlarım adından minnətdarlığımızı bildiririk.
Uzun müddətdir, basketbolla məşğul olan Ənvər Məmmədli də burada yaradılmış şəraitdən razılığını bildirdi, onların istirahətinin təşkilinə görə dövlətimizə minnətdarlıq etdi.
Qeyd edək ki, cari ilin mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşı­rıqlarına əsasən, hər həftə idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzinə səyahətləri təşkil olunur.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR