23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görür. Tapşırıqların vaxtında yerinə yetirilməsini diqqət mərkəzində saxlayan kollektiv 2016-cı ilin ötən dövründə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, 60 milyon 482 min 150 manat vəsait pensiyaçıların şəxsi hesablarına köçürülmüşdür.

Bu dövrdə pensiya hüququ yaranmış 1380 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Yeni təyin olunan əmək pensiyaçılarına plastik kartların verilməsi və istifadə müddəti başa çatan plastik kartların yeniləri ilə əvəzlənməsi üçün müvafiq müvəkkil banklara 14 min 160 plastik kart hazırlanması üçün sifariş verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” 2016-cı il 16 yanvar tarixli və “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli sərəncamlarının icrası üçün müvafiq tədbirlər həyata keçirilmiş, pensiyaların artımlar nəzərə alınmaqla ödənilməsi təmin edilmişdir. Həmçinin qeyd olunan dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial
Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR