23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq, məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kurs təşkil edilib.

Tədbiri komitənin aparat rəhbəri Zeynal Hümbətov açaraq adıçəkilən proqramın icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.
Naxçıvan Müəllimlər İnstitutunun psixoloq-müəllimi Çapay Quliyev çıxış edərək bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi və metodistlərinin psixoloji biliklərə yiyələnməsi vacibdir. Uşaqların formalaşmasında mühit əsas rol oynayır. Buna görə də sağlamlıq imkanları məhdud uşaqların uşaq bağçalarına cəlb olunmasında məqsəd yaradılan şərait və mühitin təsiri ilə onların xəstəliklərinə psixoloji köməklik göstərməkdir. Metodist və tərbiyəçilər bu qəbildən olan uşaqların mühitdə özlərini sərbəst hiss etməsinə dəstək ola bilərlər. Bağça mühiti sağlamlıq imkanları məhdud uşaqların nitq qabiliyyətinin və dünyagörüşünün formalaşmasına xidmət edir. Hətta bağça şəraitindən yararlanmaqla uşaq serebral iflici və görmə qüsuru olan uşaqlar da oxuya, yaza və gələcəkdə cəmiyyətdə fəal iştirak edə bilərlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR