Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzində idman federasiyaları yetirmələrinin istirahətləri davam edir.
Cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən hər həftə idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur.
İyulun 17-18-də isə Ağbulaq İstirahət Mərkəzi növbəti qonaqlarını – Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının 45 idmançısını qəbul edib.
İstirahət günləri çərçivəsində konsert proqramları təşkil edilib, vətənpərvərlik mövzusunda filmlər nümayiş olunub, müxtəlif idman yarışları keçirilib. Bundan başqa, onların Şahbuz rayonu ərazisində olan muzeylərə və digər mədəniyyət müəssisələrinə, Batabat yaylağına gəzintiləri də təşkil edilib.
İdmançılar iki gün ərzində əyləncəli oyunlarda iştirak edib, vətənpərvərlik mövzusunda mahnılar dinləyiblər. Onlar arasında təşkil edilən futbol yarışı da yaddaqalan olub.
Qeyd edək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının təşkilatçılığı ilə həyata keçirilib.
Ceyhun Məmmədov