23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub.

Onların sosial müdafiəsi, təhsili, cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” mühüm əhəmiyyətə malikdir. Dövlət proqramının tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili bəndinin icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər qrafiki tərtib edilib. Qrafikə uyğun olaraq əlaçı və xüsusi istedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud məktəbli uşaqların istirahətinin təşkili, onlar arasında mütaliə və idman yarışları, bilik və rəsm müsabiqələri keçirilməsi, həmçinin bu qəbildən olan uşaqlar üçün film və tamaşalar nümayiş etdirilməsi nəzərdə tutulub.
İlk tədbir iyunun 24-də keçirilib. Həmin gün sağlamlıq imkanları məhdud 10 uşağın valideynlərinin müşayiəti ilə Naxçıvan şəhərində fəaliyyət göstərən “Əyləncə adası” adlandırılan Əyləncə və İstirahət Mərkəzində istirahətləri təşkil olunub. Uşaqlar müxtəlif əyləncə guşələrindən və attraksionlardan istifadə ediblər. Həmçinin gəzintidə uşaqlara pulsuz iaşə xidməti göstərilib.
Əyləncə və İstirahət Mərkəzi uşaqlara xoş təsir bağışlayıb. Valideynlər burada yaradılan şəraitdən razılıq edib, uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR