23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” uğurla icra olunur.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təsdiq etdiyi tədbirlər planına uyğun olaraq tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə növbəti dəfə ekskursiya təşkil edilib.
Ekskursiyada Naxçıvan şəhərindən olan sağlamlıq imkanları məhdud, həmçinin aztəminatlı ailələrdən olan və valideyn himayəsindən məhrum olmuş 67 uşaq iştirak edib. İlk olaraq uşaqlar Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət ediblər. Burada uşaqlara Naxçıvanın tarixini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilərək bildirilib ki, muzeydə müxtəlif çeşidli əmək alətləri, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ-tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının əl işləri qorunub saxlanılır.
Sonra uşaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Burada onlara qədim qala barədə ətraflı məlumat verilərək qeyd olunub ki, kompleksin yaradılması Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsi baxımından mühüm əhəmiyyətə malikdir.
Daha sonra uşaqlara Naxçıvan Dövlət Film Fondunda “Sehrli xalat” filmi göstərilib.
Tədbirin sonunda valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR