23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Regional Peşə Tədris Mərkəzində “İş yerində əməyin mühafizəsi qaydalarına əməl edilməsi” mövzusunda maarifləndirici kurs təşkil olunub.
İyunun 20-də başlayan və 7 iş günü davam edəcək ixtisasartırma kursuna “Dizayn”, “Cahan Pen”, “Cahan AVM”, “Dekor Qrup”, “Gəmiqaya Mebel Fabriki”, “Gəmiqaya Bərəkət Qida Məhsulları”, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin, Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin əməyin mühafizəsi üzrə, ümumilikdə, 10 mütəxəssisi cəlb edilib.
Kursda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən əməyin mühafizəsi sahəsində mülkiyyətçinin, işəgötürən və işçilərin vəzifələri, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə- əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortası, onların əməyin mühafizəsi qaydalarına əməl etmələrinə nəzarət, qadınların və yaşı 18-dən az olan işçilərin əməyin mühafizəsinin tənzimlənməsinin xüsusiyyətləri, həmçinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən istehsalatda baş verən qəzalar zamanı zərərçəkənə ilk tibbi yardımın göstərilməsi ilə bağlı mövzular tədris olunur.
Yekunda kurs iştirakçılarının bu sahədə bilikləri yoxlanılacaq.
Qeyd edək ki, bu tədbir “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın işçilərin əmək hüquqlarının təmin edilməsi bəndinin icrası ilə bağlı olaraq təşkil edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR