23 Dekabr 2024, Bazar ertəsi

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrası ilə bağlı daha bir tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilib. 

Yay tətili günlərində sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, həmçinin aztəminatlı və şəhid ailələrinin uşaqlarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə tədbirlər planı tərtib edilib. Bu plana uyğun olaraq uşaqların milli və mədəni irsimizin qorunub saxlandığı, təbliğ olunduğu mədəniyyət ocaqlarına, tarixi-memarlıq abidələrinə ekskursiyalarının təşkili, Naxçıvan Dövlət Film Fondunda Azərbaycan filmlərinin nümayiş etdirilməsi nəzərdə tutulub. Bu qəbildən olan tədbirlər uşaqların milli-mənəvi dəyərləri mənimsəmələri, onların tarixi-memarlıq abidələrini öyrənmələri baxımından mühüm əhəmiyyət kəsb edir.
İlk tədbir iyulun 8-də keçirilib. Uşaqlar Heydər Əliyev Muzeyini və Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət edib və Dövlət Film Fondunda “Qaraca qız” filminə baxıblar.
İyulun 12-də isə balacalar əvvəlcə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və Xatirə Muzeyində olublar. Muzeylərdə uşaqlara milli dövlətçiliyimiz, tarixi-memarlıq abidələrimiz və tarixi şəxsiyyətlərimiz, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan həmyerlilərimiz haqqında ətraflı məlumat verilib.
Sonra ekskursiyada iştirak edən uşaqlar Naxçıvan Dövlət Film Fondunda “Bir qalanın sirri” filminə baxıblar.
Tədbir uşaqlarda xoş ovqat yaradıb. Uşaqların muzey və tarixi-memarlıq abidələrinə ekskursiyaları davam edir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR