23 Dekabr 2024, Bazar ertəsi

Məşğulluq problemlərinin həll olunmasında ildə 4 dəfə təşkil edilən əmək yarmarkalarının da böyük rolu var. Bu məqsədlə muxtar respublikada fəaliyyət göstərən məşğulluq orqanları tərəfindən əvvəlcədən işəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən verilən məlumata görə, iyulun 26-dan muxtar respublikada növbəti əmək yarmarkalarına start veriləcək. Həmin gün ilk tədbir Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq. İyul ayının 27-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. İyulun 28-də keçiriləcək əmək yarmarkasının ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından iyulun 29-da yararlana biləcəklər. Avqustun 2-si ordubadlılara, 3-ü babəklilərə, 4-ü isə şərurlulara boş iş yerləri təqdim olunacaq. Naxçıvan şəhərində əmək yarmarkası avqust ayının 5-də “Gənclik” Mərkəzində keçiriləcək.
Qeyd edək ki, əmək yarmarkalarının təşkil olunması Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun rayon mərkəzləri tərəfindən həyata keçirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR